Maraqlı

Ölü balina görənləri heyrətə gətirdi - Partlaya bilər - FOTO

29 Oktyabr 2022 08:23
Baxış: 1 186
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Malkolm adasında itlərini gəzdirən bir ailə maraqlı görüntülər ilə qarşılaşıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ailə çimərlikdə gəzintidə olarkən sahildə ölmüş balina cəsədini görüblər.

Heyvanın içində toplanan qazlardan şişən meyitini müayinə edən mütəxəssislər balinanın partlaya biləcəyi və sahilin qana boyana biləcəyi barədə xəbərdarlıq ediblər.

Müayinələrdə heyvanın ölüm səbəbi ilə bağlı hər hansı bir səbəb tapılmayıb. Eyni zamanda xarici xəsarət əlamətlərinin də olmadığı bildirilib. Analoji halların əvvəllər də yaşandığını vurğulayan ekspertlər mümkün partlayışın ağır nəticələri barədə xəbərdarlıq ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.