Maraqlı

İt sahibinin 2400 dollarını yedi - VİDEO

13 Oktyabr 2022 15:24
Baxış: 1 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zoi adlı Labrador iti sahiblərinin stolun üstünə qoyduğu 2,4 min dolları cırıb yeyib.

Milli.Az bildirir ki, bu barədə "Newsweek" məlumat yayıb.

Zoinin sahibi ərinin işdən evə gəldiyini və itin ona toxunmayacağına əmin olaraq pulu yemək masasının üstünə qoyduğunu söyləyib. Daha sonra kişi valideynlərinə baş çəkən arvadının yanına gedib və iti tək qoyub. Bir neçə saat sonra cütlük müxtəlif avtomobillərdə evə qayıdıb.

Ərindən bir neçə dəqiqə əvvəl evə qayıdan ev sahibəsinin dediyinə görə, əvvəlcə cırıq 100 dollarlıq əskinas tapıb. "Mən dərhal divana tərəf getdim ki, oturub Zoi ilə danışım və onun pis bir iş gördüyünü başa düşdüyünə əmin olum. Yaxınlaşanda onun yediyi və xırda-xırda cırdığı bütün digər pulları gördüm", - o deyib.

Əsəbiləşən qadın hadisəni lentə alaraq TikTok-da yerləşdirmək qərarına gəlib. Video qısa zamanda viral olub və təxminən üç milyon baxış toplayıb. Bəzi istifadəçilər sahibə yazıb ki, banklar zədələnmiş əskinasları qəbul edir və onların yeniləri ilə dəyişdirilməsini tövsiyə ediblər.

"Mən ona nifrət etmirəm. O, itdir. O, nə etdiyini başa düşmür. Və ümid edirəm ki, sabah pulun bir hissəsini qaytara biləcəyik", - qadın deyib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.