Maraqlı

Allah üçün göz yaşı tökməyin də öz ədəbi var

8 Oktyabr 2022 22:40
Baxış: 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ustad Ənsarian buyurur: "Allah üçün göz yaşı tökmək - aləmin həm zahirində və həm də batinində xəlq olmuş hər bir şeydən daha üstündür.

Allah üçün göz yaşı tökməyin də öz ədəb və qaydaları vardır. Onun mükafatı və əcri də böyükdür. Hər kim bu üstün ibadəti yerinə yetirmək istəyirsə, gərək ilk olaraq qəlbini və batinini müalicə etsin və pisliklərdən təmizləsin. Qəlbi təmizləməyin yolu isə günahı tərk etmək və nəfsani istəkləri buraxmaqdır.

Ağlayan göz - Allahın feyz gözüdür. İnsan varlığı quraq torpağa bənzəyər ki, bu torpaqda çoxlu mədənlər gizlənmişdir.

İmam Sadiq (ə) bu haqda buyurur: "İnsanlar - mədənlərdirlər, qızıl və gümüş mədəni kimi".

Bu göz yaşı və o torpaq dünyada xəlq olan hər bir xəlqdən daha dəyərlidir. Çünki Allah üçün tökülən göz yaşının dəyəri yoxdur".

Allah Təala bizləri Onun üçün göz yaşı tökənlərdən qərar versin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.