Maraqlı

Saçlarınız tökülürsə, bu yağlardan istifadə edin

2 Oktyabr 2022 17:20
Baxış: 993

Saç tökülməsi xanımların ən çox qarşılaşdığı problemlərdən biridir. Mövsümi dəyişikliklər, stres, dəmir çatışmazlığı və hormonal problemlər bunu yaradan səbəblərdən bir neçəsidir. Bəs saç tökülməsini azaltmaq üçün hansı yağlardan istifadə etmək olar?

Milli.Az Axşam.az-a istinadən ev şəraitində sadə üsullarla saç tökülməsini azaltmağa yardımçı olan yağları təqdim edir.

Badam yağı

Bu yağdan istifadə saçlarınızın gücünü bərpa etməyə yardımçı olur. Saç köklərini və uclarını qidalandıraraq daha sağlam və həcmli görünməsini təmin edir. Badam yağından kirpik və qaş tökülməsində də istifadə edə bilərsiniz.

Yağı bütün saçınıza çəkin, isti dəsmalla bağlayıb 10-15 dəqiqə gözləyin. Sonda saçlarınızı yuyun. Bunu mütamadi olaraq etdikdə nəticə görəcəksiniz.

Zeytun yağı

Tərkibindəki antioksidan, A və E vitaminləri ilə saçları kökündən ucuna qədər qidalandırır, yumşaqlıq və parlaqlıq verir. Qan dövranını sürətləndirərək, saçların daha sürətli uzanmasına yardımçı olur və saç qırıqlarını bərpa edir. Saçlarınızın töküldüyünü və ya zəiflədiyini müşahidə edirsinizsə, zeytun yağından istifadə etmək məsləhətdir.

Kokos yağı

Tərkibindəki vitaminlər sayəsində baş dərisini qidalandırır, saç tökülməsinin və dəri xəstəliklərinin qarşısını alır. Həmçinin onlardan gözəl qoxu gəlməsini təmin edir.

Çin simmondiyası yağı

Bu yağ bütün saç tipləri üçün uyğundur. Çin simmondiyası yağı tıxanmış və kəpəkli baş dərisini təmizləyir, saç tökülməsini, qırılmasını azaldır. Saç follikullarını stimullaşdıraraq uzanmasını sürətləndirir.

Gənəgərçək yağı

Bu yağ antibakterial xüsusiyyəti sayəsində baş dərisində qan dövranını sürətləndirir, saç tökülməsinin qarşısını alır, daha sürətli uzanmasını təmin edir. Həmçinin, kəpəyin əmələ gəlməsinin qarşısını alır.

Lavanda yağı

Baş dərisinin sağlamlığını bərpa edərək nəfəs almasına kömək edir, kəpək və qaşıntıları aradan qaldırır. Lavanda yağı baş dərisində qan dövranını artırır, göbələklərin və infeksiyaların yaranmasının qarşısını alır.

Rozmarin yağı

Bu yağın tərkibindəki vitaminlər və antioksidanlar sayəsində saç kökləri qidalanaraq güclənir. Bu da saç tökülməsinin qarşısını alır, onları nəmləndirir, daha canlı və parlaq olmasını təmin edir.

Milli.Az 

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics