Yazılan taleyi dəyişmək olurmu?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bədanın mənası - insanın saleh əməlləri sayəsində, Allahın onun taleyini dəyişdirməsidir. Bu zaman insanın taleyində dəyişikliklər baş verər. Yəni, o şey ki, Allah tərəfindən insan üçün gizli idi, aşkar olar.
Yəhudilər isə Əhli-Beyt (ə) əqidəsinin əksinə olaraq deyirlər ki, Allahın məsələsi xəlq olandan sonra bağlanar və Allah onu heç cür dəyişdirə bilməz.
Quran bu haqda buyurur: "Yəhudilər dedilər: "Allahın əli bağlıdır (həm şəriət mərhələsində və həm də insanlara əta və bəxşiş etməkdə! Və elə buna görə də dinin istər Tövratda, istərsə də başqasında olan hökmləri nəsx oluna bilməz..."". ("Maidə" 64).
Şeyx Səduq bəda haqqında yazır: "Əhli-Beyt (ə) əqidəsinə görə, əgər kimsə desə ki, bu gün Allah üçün bir şey aşkar olmuşdur ki, onu keşmişdə bilmirdi - bu cür insan kafirdir və ondan uzaq olmaq vacibdir".
Alim başqa yerdə buyurur: "Bəda, yolunu azmışların güman etdiyi kimi deyildir. Belə deyildir ki, Allah bir iş görsün və sonra da ona görə peşman olsun.
Biz deyirik ki, Allah hər gün bir şeyi təyin edər, öldürər və ya həyat verər. Ruzi verər və hacətini yerinə yetirər.
Bəda - peşmanlıq mənasında deyildir. Əslində bir şeyin aşkar olmasıdır. Nə zaman bəndə sileyi-rəhm edər - onun ömrü uzanar.
Nə zaman bəndə qohumluq əlaqəsini kəsər - Allah onun ömrünü azaldar.
Nə zaman bəndə fəhşa edər - onun ömrü və ruzisi azalar. Nə zaman zinadan uzaq olar və iffət yolunu seçər - Allah onun ömrünü və ruzisini artırar".
Bəs Quranın nəzərində bəda necədir?
Bəda o mövzulardandır ki, Qurani-Kərimin bir çox ayələrində onun var olmasına işarə edilmişdir.
Bu ayələrin bəzisi ilə tanış olaq:
1. "Allah ("məhv və isbat" lövhəsində yazılmış, olacaq hadisələrdən) istədiyini məhv və (bəzi hadisələri orada) dərc edir və Ümmül-kitab (Lövhi-Məhfuz və şeylərin sabit cəhətlərinin yazıldığı yer) Onun yanındadır". ("Rəd" 39).
Əhli-Beyt (ə) əqidəsinə görə, insanın bədbəxtlər siyahısından adının məhv olub, xoşbəxt insanların siyahısında adının yazılması - bədadır.
2. "Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis hadisələrdən) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib.
Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara onun tamını dadızdırdı". ("Nəhl" 112).
3. "Buna görə də əgər o, (həm həyatı boyu, həm də balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı, mütləq (insanların qəbirlərdən) qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı". ("Saffat" 143-144).
Bu ayələr bəlli edir ki, dünyanın işlərini Allah idarə edir. Bəndə də yaxşı və pis əməllərinə görə təqdirini dəyişdirə bilir. Bu əməl, Əhli-Beytin (ə) əqidəsinə görə, bəda adlanır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
XƏBƏR LENTİ
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib





