Firuzəyi mavi sulara doğru uzanan sıldırımlı qayalarda yerləşən şəhər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Poliqnano a Mare şəhəri İtaliyanın cənubunda, Bari əyalətində, Adriatik dənizinin sahilində yerləşir. Bura Roma İmperiyası dövründə balıqçı qəsəbəsi olub, ona görə də şəhər çoxəsrlik tarixə malikdir. Şübhəsiz ki, onun yerləşdiyi mövqe, firuzəyi mavi sulara doğru uzanan sıldırımlı qayaları və füsunkar mənzərəsi ilə turistləri cəzb etməsində mühüm rol oynayır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kiçik şəhər olmasına baxmayaraq, bura iki min illik tarixi ilə İtaliyanın, əsasən də Puqliya regionunun populyar turizm mərkəzlərindən biridir. Şəhər "Red Bull Cliff Diving" adlanan qayalardan suya tullanma üzrə ənənəvi dünya çempionatı sayəsində son illərdə kifayət qədər populyarlaşıb. Qayaların üzərindəki ağ rəngli və ya daş evlər, dar küçələr, küçələrdəki dini təsvirlər və divar yazıları, rəngli güllər şəhəri turistlər üçün daha cəlbedici edir.
Şəhərin mərkəzində iki hündür qaya divarı arasında yerləşən məşhur Lama Monaçile çimərliyi yerləşir. Bura həm də Cala Ponte adlanır və yay mövsümündə olduqca izdihamlı olan çınqıllı çimərlikdir. Çimərliyin digər bir xüsusiyyəti isə tarixi Via Trajana körpüsü kəsişmədə yerləşməsidir.
XIII əsrdə inşa edilən və Santa Mariya Assuntaya həsr olunmuş kilsə şəhərin simvollarından sayılır. Kilsədə Poliqnano a Mare şəhərinin qurucusu sayılan San Vitoya aid tarixi və dini əsərlər var. Sahilə yaxın ərazidə qədim Santo Stefano və XVIII əsrdə inşa edilən Purgatorio kilsələri yerləşir. Şəhər dənizə baxan bəzi qayaların üzərində yerləşən möhtəşəm təbii mağaraları ilə də məşhurdur. Sahildəki gəzinti yolunda italyan mahnıları bütün dünyada məşhurlaşan müğənni-bəstəkar Domeniko Modunyonun tunc heykəli var.
Poliqnano a Mare, həm də Puqliya regionunun məşhur Matera və Alberobello şəhərlərinə çox yaxındır.
Qeyd edək ki, Puqliya regionu UNESCO-nun dünya irsi siyahısına daxil edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
XƏBƏR LENTİ
-
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - (Video)
-
Kainatda saysız ulduz var, bəs gecələr səma niyə qaranlıqdır?
-
Günün qoroskopu: Bəzi sağlamlıq problemləri sizi narahat edə bilər
-
Dünyanın ən çox silah ticarəti edən ölkələri açıqlandı
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə





