Maraqlı

Qorxulu filmlər psixologiyamıza çox zərər verə bilərmi?

19 Sentyabr 2022 23:15
Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qorxulu hekayələr "təhlükəsiz" adrenalindir.Adrenalin zövq verən təbii bir dərmandır. Bu zaman stresli bir vəziyyətdən çıxış yolu olaraq, bədən əlavə endorfinlər və dopamin - xoşbəxtlik hormonları istehsal etməyə başlayır. Buna görə film bitdikdə və yenidən özümüzü evdə yumşaq bir divanda tapsaq, beyin bizi eyforiya hissi ilə mükafatlandırır. Bütün bunlarla birlikdə dəhşət filmləri heç bir real təhlükə daşımır.
Görəsən qorxulu filmlər psixikamıza ziyan edirmi?Bu filmlərə baxmaq müsbət hallardan daha çox mənfi hisslərə gətirərsə, ziyan edə bilər. Buna görə, film sizə menfi təsir edərsə onu söndürün.Çünki, stres hormonlarının həddindən artıq aktiv olması orqanizmə xeyir vermir.Qorxduğumuz zaman beynimiz dopamin və serotonin ifraz edir.Bu da psixologiyamıza mənfi təsir edir.Lakin bütün bu mənfi cəhətlərə baxmayaraq, uydurulmuş qorxuları yaşayaraq çətin vəziyyətlərdən çıxış yolu axtarmağı və eyni zamanda qorxu hissindən uzaq olmağı öyrənirik. Bu mənada dəhşət filmlərini izləmək, "ekspozisiya" deyilən psixoterapiya metodlarından birinə bənzəyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.