Günahların bağışlanması üçün tövsiyə olunan əməllər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər bir əşyanı ixtira edəni daha yaxşı tanıdığı kimi, bizi də yaradanımız daha yaxşı tanıyır. Bizə nələrin müsbət, nələrin mənfi təsir qoyacağından xəbərdardır.
Övladın anlamadığı halda, atasının onun xeyri və ziyanını gördüyü kimi. Övlad bıçaq istəyir, lakin ata bunun ona zərərli ola biləcəyindən xəbərdar olduğundan istəyini qəbul etmir.
Bizi yaradan varlıq bizə bəzi şeyləri haram edərək, onları günah adlandırıb. Günah insanın kamala çatmaq və inkişafının qarşısını alan amildir.
Lakin ağlımız hələ uşaq ağlı olduğuna görə bunu bəzən anlamırıq. Günahlardan tamamilə uzaq qalmaq olduqca çətin olsa da, qeyri mümkün deyildir.
Rəhmət sahibi olan Allah, günah etmiş şəxsə yalnışını düzəltmək üçün müəyyən yollar təqdim etmişdir. Ayə və hədislərdə toxunulan bu yollardan bəziləri aşağıdakılardır:
1.Vacib və müstəhəb namazların qılınması;
"(Ya Rəsulum!) Namazı gündüzün iki başında və gecənin bəzi saatlarında qıl. Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar." (Hud surəsi, 114-cü ayə)
2.Allahdan bağışlanmaq istəmək (israrla)
Peyğəmbər (s): "Hər dərdin dərmanı olduğu kimi, günahın da dərmanı bağışlanma istəməkdir." (Müstədrəkül-vəsail c 5, s 318)
İmam Sadiq (ə): "İnsan günah işi gördüyü zaman sübhdən gecəyə qədər (bəzi hədislərdə 7 saat qeyd olunur) ona möhlət verilər. Bağışlanma tələb edərsə günahı görməməzlikdən gəlinər." (Kafi c 2, s 437)
İmam Rza (ə): "Dili ilə bağışlanma tələb etdiyi halda qəlbən etdiyi işdən peşman olmayan özünü ələ salmışdır." (Biharul-ənvar c 75, s 356)
3.Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat göndərmək;
İmam Rza (ə): "Günahlarının bağışlanması üçün lazımı addımları ata bilməyənlər Peyğəmbər və ailəsinə çoxlu salavat göndərsin. Çünki bu iş günahları aradan aparır." (Biharul-ənvar c 91, s 48)
Digər...
Bundan əlavə dini mətnlərdə günahların bağışlanması üçün bəzi xüsusi əməllər də tövsiyyə olunmuşdur. Məsələn; Şaban ayından oruc tutmaq, möminin kədərini aradan aparmaq, namaz üçün məscidə getmək, Quran oxumaq, imam Hüseynin (ə) müsibətinə ağlamaq, Peyğəmbər (s) və Əhli-beytinin qəbrini ziyarət etmək, Kəbə evinə baxmaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
"Bacım uşaqlarına gözəllik salonu ALMIŞAM"
-
Bu "Samsung" modellərinin dövrü başa çatdı - Dəstəyi dayandırır
-
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və “AI Şəkildən Videoya” funksiyasına sahib 600 seriyası - FOTO
-
Əməkdar artist klipi üçün 20 kq ARIQLAYIB: 57 kiloya düşüb - FOTO
-
Nigar qısa ətəyi ilə diqqət çəkdi - VİDEO
XƏBƏR LENTİ
-
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edildi - DTX araşdıracaq
-
“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram”
-
Hökumənin qardaşı Kəlbəcərdə işə başladı - VİDEO
-
İranla ABŞ arasında yenidən toqquşma baş verib
-
Nazir bu instituta direktor təyin etdi
-
Yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəyib
-
Şəhid xanımına leytenant rütbəsi verildi - FOTO
-
Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
-
Direktor müavini vəfat etdi - FOTO
-
AQTA və şadlıq sarayı arasında gərginlik artır - Görüntülər yayıldı - VİDEO - FOTO -YENİLƏNİB
-
Növbəti torpaq hərracları keçiriləcək
-
Abşeron dairəvi yolunda stansiyaların sayı 40-a çatdırılacaq
-
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı ARTIB
-
Əli Əsədov iclas keçirdi
-
Gənc pianoçu Cəmil Sədizadə Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək
-
Leyla Mustafazadə vəfat ETDİ
-
Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
-
İmtahanda yüksək bal toplayanların SİYAHISI
-
Bu bölgələrdə qaz OLMAYACAQ - Xəbəriniz olsun
-
Röya izləyicilərini sevindirdi - VİDEO
-
Bu ərazilərə leysan yağır - FAKTİKİ HAVA
-
Azərbaycanda daha bir dövlət qurumunun bəzi avtomobilləri operativ nəqliyyat sayılacaq
-
"Bacım uşaqlarına gözəllik salonu ALMIŞAM"
-
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib





