Maraqlı

Cinsi yolla keçən xəstəliklər

30 Avqust 2022 08:59
Baxış: 1 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda tibbdə 20-dən çox cinsi yolla keçən xəstəlik qeydə alınmışdır. Qadın cinsiyyət üzvlərinin spesifik iltihabi xəstəliklərinə trixomoniaz, süzənək, xlamidoz, kandidoz, mikoplazmoz, bakterial vaginoz, herpes, sitomeqalovirus, pappilomavirus infeksiyaları, İİV infeksiyası, qadın cinsiyyət üzvlərinin vərəmi və sairə aiddir. Son illər 20-24 yaş qrupunda cinsi yolla yayılan xəstəliklərin səviyyəsinin artması bir sıra səbəblərlə izah olunur. Müasir dövrdə gənclərin əvvəlki illərə nisbətən cinsi həyata erkən başlaması və çoxsaylı cinsi partnyor dəyişmələri, həmçinin hamiləlikdən qorunma tədbirləri içərisində kondomlar, antiseptik yerli preparatlar əvəzinə döllənmə əleyhinə həblərindən istifadə edilməsi bu xəstəliklərin yaylmasına gətirib çıxarır. Bundan əlavə bəzi amillər də cinsi yolla keçən xəstəliklərin artmasına səbəb olur:
-zərərli vərdişləırə meyillilik
-seksual davranış qaydalarının dəyişməsi
-beynəlxalq turizm
-urbanizasiya
-əhalinin miqrasiyası.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.