Maraqlı

“72 şəhid” ifadəsinin əsası nədir?

16 Avqust 2022 22:55
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aşura faciəsi barədə qələmə alınmış sənədli və mötəbər mənbələrdən məlum olur ki, həmin gün Kərbəla səhrasında şəhid edilənlərin ümumi sayı 72 nəfərdən artıq olmuşdur.

Əgər onların sayını 72 nəfərlə məhdudlaşdırsaq, şəhid olması dəqiq məlum olan bir neçə nəfəri siyahıdan kənara qoymalıyıq. Bəzi dini mənbələrdə, o cümlədən, mərsiyələrdə rast gəlinən "72 şəhid" ifadəsinin səbəbi aşağıdakılardan biri ola bilər.

Mümkündür ki, bu ədəd Kərbəlada şəhid olan və başı kəsilərək Dəməşqə göndərilən şəxslərin sayını əks etdirir. Məlumdur ki, bütün şəhidlərin başı kəsilməmişdi.

Bəzi mənəbələr də məhz şəhər-şəhər gəzdirilən kəsik başların sayının 72 və ya buna yaxın ədəd olduğunu xəbər verir.

Bu nəzəriyyə də mümkündür ki, 72 şəhid deyərkən yalnız təkbətək döyüşlərdə şəhid olanlar nəzərdə tutulur. Aşura günü İmam Hüseynin (ə) tərəfdarlarından təqribən 50 nəfər düşmənin ilk kütləvi həmləsini dəf edərkən həyatını itirmişdi.

Onların şəhadəti daha qısa zaman fasiləsində və qarışıqlıq şəraitində baş vermişdi. Bundan sonra başlanan təkbətək döyüşlər isə daha yaddaqalan və əyani olmuşdur.

Bu səbəbdən ola bilər ki, "72 şəhid" məfhumu məhz təkbətək döyüşlərdə qətlə yetirilənlərin sayını ifadə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.