CinemaPlus-da “Milli kino günü” qeyd olunub - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
CinemaPlus-da "Milli kino günü" qeyd olunub.
2 avqustda bütün kinematoqrafiya sahəsində çalışanların peşəkar bayramı olan "Milli Kino Günü"dür.
"CinemaPlus Amburan Mall" premium kinoteatrda açıq səma altında "Olimpia" Azərbaycan filminin bu bayrama həsr olunan tədbiri keçirilib. Mədəniyyət Nazirliyinin sifarişi ilə "Mozalan" studiyasının ekran işi idman melodram janrındadır. [Anchor]
Tədbirin fəxri qonaqları arasında Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, o cümlədən məşhur boksçular da olub:
Fərhad Acalov - Müstəqil Azərbaycanın boks üzrə ilk dünya çempionu. Əməkdar İdman ustası, Əməkdar məsqçi.
Fuad Aslanov -Afina yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Əməkdar İdman ustası, Əməkdar məsqçi.
Şahin İmranov - Pekin yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. Əməkdar İdman ustası, Əməkdar məsqçi.
Sahib Bağırov - Dünya Avropa Mükafatçısı.
Qalib Əbiyev - Azərbaycan çempionu. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdmanın təkmübarizlik növləri kafedrasının müdiri, fəlsəfə doktoru, professor, beynəlxalq dərəcəli hakim.
Vahid Vəliyev - Azərbaycan Respublikasının Əməkdar məşqçisi, SSRİ idman ustası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi, kafedrasının dosenti.
Filmin rejissoru və prodüseri Əli-Səttar Quliyev, ssenari müəllifli Rüstəm Babazadə, təsvir rejissoru Nadir Mehdiyev, ikinci rejissoru Akif Rüstəmov, rəssamı Arif Niftiyev, bəstəkarı Roman Şulqa, icraçı prodüseri Tərlan Babayev, səs rejissoru isə Teymur Kərimovdur.
Rollarda: Qurban Ismaylov, Kəmalə Israfilova, Vidadi Həsənov, Mabud Məhərrəmov, Həcı Ismayılov, Rasim Cəfər, Günel Məmmədova, Azər Aydəmir, Vüsal Hacıqədir və Şamil Süleymanov.
Film haqqında qısa məlumat: Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSSRi paytaxtı olan Moskva şəhərində başlamış, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam etdi və uzaq Kubada sona çatmışdır. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov çoxdan peşəkar idmandan uzaqlaşaraq doğma qəsəbəsində sakit bir həyat yaşayır. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi dərsini apaprır, tez-tez radio dinləyir və boş vaxtlarını həmkarları - ən yaxın dostları Valeh və Dadaşla keçirir. Dostlar hər şənbə-bazar günlərini qəsəbədən bir az aralıqda yerləşən gölün sahilində balıq tutaraq, şən zarafatlar edərək, ev çaxırırından içərək həyatlarından həzz alırlar. Lakin hər axşam İlqar evə tək qayıdır, çünki şən olmasına baxmayaraq o tənha bir insandır. Nə ailəsi, nə uşaqı, nə gələcəyə bir baxışı, planları, inamı...Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir.
Qeyd etmək istərdik ki, Əli-Səttar Quliyevin "Olimpia" filmi Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalının "Rusiya - İslam dünyası" müsabiqə proqramına dəvət alıb.
"CinemaPlus" kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Çılpaq yatmağın faydaları
-
"Real"ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... - FOTO
-
Xalq artisti özündən gözəl qızı ilə Fotolarını yaydı
-
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - xəbərdarlıq - (Video)
-
Günün qoroskopu: Yeni insanlarla tanış olmaq karyeranızda müsbət irəliləyişlərə səbəb ola bilər
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
XƏBƏR LENTİ
-
Enerji içkisi sevənlər oxusun
-
Çılpaq yatmağın faydaları
-
"Real"ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... - FOTO
-
Xalq artisti özündən gözəl qızı ilə Fotolarını yaydı
-
Rusiya Ukraynaya atəşkəs təklif etdi
-
Xaricdən gətirilən bəzi avtomobillərin VİN kodu silinir - xəbərdarlıq - (Video)
-
Günün qoroskopu: Yeni insanlarla tanış olmaq karyeranızda müsbət irəliləyişlərə səbəb ola bilər
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Zəngilanda çayda boğulan şəxsin meyiti tapılıb - Yenilənib
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı imiş
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir





