Maraqlı

Jaklini stil ikonasına çevirən 6 qayda

3 Avqust 2022 22:29
0 Şərh     Baxış: 557

ABŞ-ın keçmiş birinci xanımı ilk stil ikonlarından biri idi. İstənilən şəraitdə gözəl görünmək bacarığı onun həyatının məqsədi deyildi, amma Jaklin bütün məziyyətlərini çox gözəl nümayiş etdirə və vurğulaya bilirdi. Ondan öyrənməli çox şey var. Təsadüfi deyil ki, yazıçı Pamela Klark Keo bu heyrətamiz qadının həyatını araşdırıb və nəticədə "Jackie Style" kitabını ortaya çıxarıb.

Milli.Az oxucuları kitabın bəzi hissələri ilə tanış edir.

ABŞ-ın keçmiş birinci xanımı gəncliyini qorumaq və gözəl qalmaq üçün nə edirdi?

Ceki dəbi izləmirdi, onu özü yaradırdı

Jaklin çox gözəl idi və həmişə təbii görünürdü. 40-50-ci illərdə qadınların tonlarla makiyaj etdiyi bir dövrdə Jaklin tamamilə fərqli üsluba üstünlük verirdi: bir az kirşan, pomada, bir az vurğulanmış kirpiklər. O, heç vaxt başqalarını "kopyalamırdı", buna görə də hamı onun kimi olmaq istəyirdi.

O, həmişə böyük günəş eynəyi taxırdı

20-ci əsrdə günəş radiasiyasının təhlükələri çox az adamı düşünürürdü, qadınlar günəş vannası qəbul etməyi dəri üçün bir "nemət" hesab edirdilər. Bununla belə, Jaklin ultrabənövşəyi şüaların göz ətrafındakı nazik dəriyə zərər verdiyini anlayırdı.

Cekinin Manhettendəki ofis masasının siyirtməsində onlarla gün eynəyi var idi, nə qədər çox olsa, bir o qədər yaxşıdır. O, eynəyi həm də ona görə sevirdi ki, aksesuar gözlərini gizlətsə də, insanları seyr edə bilirdi.

Yoqa ilə məşğul olurdu

Jaklin və bacısı Li Radzivil Hindistana səfəri zamanı yoqanın faydaları ilə tanış olmuş və geniş məlumat əldə etmişdilər. ABŞ-a qayıtdıqdan sonra bacılar dərhal bir təlimatçı tapdılar. Müəlliminin sözlərinə görə, o, ən isti günlərdə belə məşqləri axsatmırdı.

Həftənin bir gününü tamamilə özünə həsr edirdi

Kollecdən bəri Jaklin cümə axşamları özünəqulluğa həsr edir, saçlarına və dərisinə xüsusi maskalar edirdi.

Çəkisinin dəyişməsinə icazə vermirdi

"O, birinci xanım olanda insanlar Ağ Evə məktub yazaraq onun haqqında hər şeyi, hətta səhər yeməyində nə yediyini bilmək istəyirdilər", - Keo iki uşaq anası olan Jaklin haqqında yazdığı kitabda qeyd edib: "Onun sosial katibi Tiş Boldricin sözlərinə görə, Ceki çəkisini zərgər dəqiqliyi ilə ölçür və nəzarət edirdi. Bir az artıq yesə, ertəsi gün yalnız meyvə yeyir, çay və su içir, hətta ac qalırdı".

40 yaşından sonra stilini tamamilə dəyişdi

Con Kennedinin ölümündən sonra o, Ağ Evi tərk etdi. Aydındır ki, Jaklin artıq daha azad idi və ölkəsini təmsil etməyə borclu deyildi. Nyu-Yorka köçən Jaklin bir müddət sonra 39 yaşında milyonçu Aristotel Onassislə evləndi. İkinci nikahdan sonra Jaklin həmişəkindən daha rahat və seksual oldu, saçlarını uzatdı, hətta 20 yaşlı gənc qız kimi geyinməyə başladı. (publika.az)

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics