Maraqlı

Mal və ömrün bərəkətli olması üçün nə etməli?

9 Avqust 2022 23:40
0 Şərh     Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmirəl-möminin (ə) bütün möminlərin mənəvi atası kimi bizlərə mal və ömrümüzün bərəkətli olması ilə bağlı bəzi tövsiyələr vermişdir ki, onlara nəzər salaq:

- Malın bərəkəti - zəkat verməklədir.

- Ömrün bərəkəti - yaxşı iş görməkdədir.

- Süfrəyə çoxlu əllərin daxil olması - bərəkətdir.

- Öz ayıqlıq və zirəkliyini günahı tərk etməkdə qərar ver.

- İnsanın təvazökarlığı - onun kərəmindədir.

- İnsanın gözəlliyi - mülayimliyindədir.

- Sözün gözəlliyi - qısa və ixtisarlı olmasındadır.

- Gözəl yoldaş - qənimətdir.

- Hədis nəql etmək, Peyğəmbərə (s) nisbət əldə etməyə səbəb olar.

- Elmin eybi - təkəbbürdədir.

- Qəlbin şəfası - Quran oxumaqdadır.

- Dinin silahı - təqvadır, fəsadı - tamahdır.

- Qəlbin aydınlığı - halal yeməklədir.

- Allaha itaət - qənimətdir.

- Hərislik, hərisin qatilidir.

- Üzün təravəti - düz danışmaqdadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.