Maraqlı

Nəyə görə yatmazdan əvvəl başı yumaq olmaz?

11 Avqust 2022 20:15
0 Şərh     Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yatmazdan əvvəl gecələr başı yumaq təhlükəlidir.

Milli.Az bakupost.az-a istinadla xəbər verir ki, dermatoloq həkim yaş saçla yatmağın zərərlərindən danışıb.

"Əgər yaş başla yatsaz, damarların spazmı və boyunun soyuması baş verir ki, nəticədə sinirlər iltihablanır, ən azı səhər baş ağrısı ola bilər.
Eləcə də yaş başı yastığa qoyduqda, yastıqdakı tük və ya lələklə təmasdan gənələr əmələ gəlir, onlar da dəri və başda allergik reaksiyalara səbəb olur.

İnsan sərin havada, soyuq məkanda nəm saçlarla yatırsa, soyuqdəymə ola bilər. Eləcə də saçların keyfiyyəti pozulur".

Mütəxəssis qeyd edib ki, yaxşı olar ki, saçlar gündüz yuyulsun, ya da yatmazdan 1 saat əvvəl tam qurudulsun.

Uşaqların başını axşam yuyub yatızdırmaq xüsusilə zərərlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.