Maraqlı

Dişlərin emalının pozulması

13 Avqust 2022 08:55
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Emal - diş tacının xarici qoruyucu qatıdır. Diş emalı xəstəliklərinə emalın patoloji siyrilməsi, çatlar, emalın inkişafdan qalması və ya hipoplaziyası ola bilər.
Ümumi məlumat:
Emal orqanizmin ən bərk toxumasıdır. Emal 97% qeyri-üzvi maddələrdən ibarətdir. Qalınlığı 0,01- 3,5 mm-ə qədər ola bilər. Emal dağıldıqda onu yenidən bərpa etmək mümkün olmur, yalnız süni yolla bərpa etmək olar.

Emalın xəstəlikləri:
Patoloji siyrilmə - dişlərin çeynənmə və ya kəsici səthinin siyrilməsi diş tacının hündürlüyünün və ya anatomik formasının pozulması nəticəsində ola bilər.
Buna səbəb qeyri-düz dişləm, məişət və zərərli peşə vərdişləri, endokrin xəstəliklər- qalxanvari vəzin xəstəlikləri və s. ola bilər.
3 dərəcəsi ayırd edilir:
- Emalın kəsici hissəsinin bir qədər siyrilməsi.
- Dentinin dağılması.
- Emalın və dentinin diş boynuna qədər siyrilməsi.
Bu zaman ortopedik tədbirlər aparılır - dişləmin bərpası, protezlərin savadlı hazırlanması.
Pazvari defekt - emalın pazvarı zədələnməsi. Dişin boyun nahiyəsinin ətrafında emal zədələnır. Ən çox orta yaşlı və qoca adamlarda rast gəlinir. İlkin mərhələlərdə dişin səthi cızılır, çatlar əmələ gəlir, sonra onlar genişlənərək paz şəklini alır. Bu defekt zamanı dişin kənarları düz və bərk dibi olur.
Müalicəsi ortopedik (dişləmin bərpası, xəstəliyin inkişafının qarşısını almaq) yolla aparılır. Emal bərpa etmək üçün müxtəlif applikasiyalardan, plomblardan istifadə olunur.

Profilaktikası:
Profilaktikasında tərkində kalsium və vitamin D olan qida maddələri qəbul etmək, ağzın gigiyenasına fikir vermək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.