Maraqlı

Sizdə ürək xəstəliyinin olmasını öyrənmək istəyirsinizsə...

9 Avqust 2022 05:04
0 Şərh     Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sizdə ürək xəstəliyinin olmasını öyrənmək istəyirsinizsə, o zaman ayaq barmaqlarınıza diqqət yetirin.
Ürək xəstəliklərinin kliniki əlamətləri birdən - birə üzə çixsa da o uzun müddət orqanizmdə heç bir əlamət vermədən inkişaf edir. İnsan bəzən sağlam görünə və aktiv ola bilir, amma, qəfil meydana çıxan ürək xəstəliyi onun fiziki fəaliyyətinə mane olur. Bu zaman hətta qəfil ölüm də baş verə bilir.

Bunun baş verməməsi üçün isə insanlar öz sağlamlıqlarına qarşı diqqətlə yanaşmalıdırlar. Piylənmə, sqaret, spirtli içki və hərəkəsiz həyat tərzi insanlarda ürək xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Bəzən də ürək xəstəlikləri anadangəlmə olur və xəstəni narahat edir.
Ürək xəstəliyinin əlamətləriini insanın ayaq barmaqları vasitəsilə təyin etmək olur. Diqqətlə baxın və sizdə də bu əlamət varsa, mütləq həkimə müraciət edin.
Yerdə oturun və ayaqlarınızı qabağa uzadın. Ayaq barmaqlarınızı yuxarı doğru dik tutmağa çalışın. Əgər siz barmaqlarınızı asanlıqla yuxarı qaldıra bilsinizsə o zaman sizin ürəyiniz normal işləyir. Onun yükü və döyünmələrinin sayı artmayıb və heç bir qorxu təhlükəsi yoxdur.

Yox əgər ayaq barmaqlarınız kifayət qədər çevik dik durmursa, o zaman sizin ürəyinizdə problemlər var. Çünki, bu qan dövranının pis olduğu və kollagenlərin çatışmadığı zaman baş verir.
Ayaq barmaqlarınızın ləng və çətinliklə dik durması sizin tez bir zamanda kordioloqa müraciət etmənizin vacib olduğunu bildirir.

Əgər yuxarıda yazılanları oxuyub bəyəndinizsə, dostığlarınızla da paylaşıb onları məlumatlandırmağınızı xahiş edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.