Əli suya çatmayan susuzlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allah-Taala Qurani-Kərimin "Rəd" surəsinin 14-cü ayəsində buyurur:
لَهُ دَعْوَةُ الْحَقِّ وَالَّذِینَ یدْعُونَ مِنْ دُونِهِ لَا یسْتَجِیبُونَ لَهُمْ بِشَیءٍ إِلَّا كَبَاسِطِ كَفَّیهِ إِلَى الْمَاءِ لِیبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَالِغِهِ وَمَا دُعَاءُ الْكَافِرِینَ إِلَّا فِی ضَلَالٍ
"Həqiqi dəvət yalnız Ona məxsusdur. (Yalnız Allahı çağırmaq lazımdır.) (Müşriklərin) Ondan başqa çağırdıqları onlara heç bir cavab verməz. Onların vəziyyəti ağzına su çatdırmaq üçün iki ovucunu suya doğru açan, lakin suyun onun ağzına əsla yetişməyəcəyi şəxsin vəziyyəti kimidir. Kafirlərin dua və istəkləri azğınlıqdan başqa bir şey deyil."
Ayənin təfsiri
Heçdən yaranan insan hal-hazırda planetlərə qədər ayaq açsa da, bununla belə, bütün vücudunu bürüyən yoxsulluq və ehtiyac hissini özündən dəf edə bilməz və həyatındakı ağır hadisələr, çətinliklər və bədbəxtliklərdən qurtulmağa qadir deyil! Bu mülahizəyə əsasən, insanlar iki qrupa bölünürlər:
1. Yaradana qəlbən inanan və Ona sığınaraq hər bir ehtiyacını Ondan diləyənlər.
2. Allahı inkar edənlər, Ondan qeyrilərinə sığınanlar, bütləri və qondarma tanrıları Ona şərik qoşanlar.
İkinci dəstənin çağırışı faydasızdır və qondarma tanrılar onlara cavab verməkdən acizdir.
Birinci dəstənin çağırışı haqq, ikinci dəstənin özünü müdafiə edə bilməyən aciz varlıqlara tapınması isə batildir. Qurani-Kərimdə bu haqda belə buyurulur:
لَهُ دَعْوَةُ الْحَقِّ وَالَّذِینَ یدْعُونَ مِنْ دُونِهِ لَا یسْتَجِیبُونَ لَهُمْ بِشَیءٍ...
"(Müşriklərin) Ondan başqa çağırdıqları onlara heç bir cavab verməz."
Dərin bir quyunun kənarında susuz bir insanı təsəvvür edin. O, daim əlini quyunun içinə uzadaraq susuzluğunu yatırmaq istəyir. Görəsən, belə bir şəxs məqsədinə çatacaqmı? Şübhəsiz, xeyr! Həmçinin öz istək və ehtiyacını aradan qaldırmaq üçün cansız bütlərə sığınan kəs də heç vaxt məqsədinə çatmayacaq.
Zəməxşəri "Əl-kəşşaf" kitabında bunu belə bəyan edir: "Şüursuz bütdən hacət diləyən bütpərəstlər susuzluğunu yatırmaq üçün quyudan su götürməyə can atıb, amma ona çata bilməyən insana bənzəyirlər." ("Əl-kəşşaf", 2-ci cild, səh.162.)
İnsan fitrətən haqqa təşnədir və həqiqət istəyindədir. Amma həqiqətə aparan yolu itirir. Allaha iman, eşq, Onunla ünsiyyət, Ona dua və istəkdən savay heç bir şey gözü doymayan insanı sirab etmir. Çünki Allahdan qeyrisi ("dunillah") yalnız ilğımdır və Allahdan qeyrisindən istəmək hədərdir.
Bəli, Allahı ixlasla, səmimi çağıran insan əliboş qaytarılmır. İnsanı əliboş qoyan onun Allahdan qeyrilərinə üz tutmasıdır.
Ayənin davamında bütlərə pərəstiş edən kafirlərin çağırışının azğınlıqdan başqa bir şey olmadığı bildirilir:
... وَمَا دُعَاءُ الْكَافِرِینَ إِلَّا فِی ضَلَالٍ
"Kafirlərin dua və istəkləri azğınlıqdan başqa bir şey deyil."
Zəlalətə düşən insan heç vaxt məqsədə çata bilməz. Bütpərəstlər Allahdan qeyrilərinə sığınmaqla həqiqətdə azğınlığa, doğru yoldan dönüb əyri yola düşürlər. Dua və çağırış çağırılanın diqqətini cəlb etmək üçündür. Nə daş bütlər, nə də qeyriləri buna malik deyillər. Demək, bundan da aydın zəlalət və azğınlıq varmı?! ("Qurani-Kərimdə ibrətamiz məsəllər", Ayətullah Cəfər Sübhani, 20-ci məsəl.)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
XƏBƏR LENTİ
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb





