Maraqlı

Bulqur haqqında bilmədikləriniz

19 İyul 2022 08:46
0 Şərh     Baxış: 1 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xam maddəsi buğda olan bulqur qida vasitəsi kimi tanınır. Bulqur bir çox ölkələrin gündəlik qida vasitəsi hesab edilir. Bulqurun tərkibi karbohidratlarla zəngindir. Onun tərkibi sink, xrom, maqnezium, selen, B  qrup vitaminləri, B 12  vitaminləri ilə zəngindir. Ayrıca lifli bitki olduğuna görə və tərkibində fol turşusu olduğuna görə bulqur orqanizm tərəfindən yaxşı sorulmaqla yanaşı, metobolozmi də sürətləndirir. Bulqur bağırsaq fəaliyyətini sürətləndirməklə qəbizliyin qarşısını alır. Bulqurun orqanizmdə olan kimyəvi zərərli maddələri sormaq qabiliyyəti vardır. Bulqur bağırsaq xərçənginə qarşı qoruyucu təsirə malikdir.
Hamilə qadınların bulqurla qidalanmasında fayda var. Çünki bulqurdan tez-tez istifadə edənlərdə yaddaş zəifliyi, məntiq azlığı, diqqətsizliyin aradan qalxması müşayət edilir. Amma mütəxəssislər böyrəklərində xəstəlik olan adamların düzənli olaraq bulqur yeməklərini tövsiyə etmir. Bulqurun orqanizmə aşağıdakı faydaları var:
- bağırsaq fəaliyyətini sürətləndirir
- vitaminlərlə zəngindir
- mədənin işini yüngülləşdirir
- insanda toxluq hissi yaradır
- qana yavaş-yavaş sorulduğuna görə insanı arıqladır
- ürək və damar xəstələrinə faydası böyükdür
- şəkər xəstələri üşün əvəzolunmaz qida maddəsidir.
- damarlarda xolesterolun azalmasına səbəb olur
- ürək və beyin xəstəlikləri riskini azaldır
- sümükləri möhkəmləndirir
- qanazlığını aradan qaldırır
- saç və dəri problemlərinin aradan qalxmasına yardım edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.