Maraqlı

102 yaşlı əkiz bacılar uzunömürlülüyün sirrini açıblar

1 İyul 2022 04:36
0 Şərh     Baxış: 2 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada əkiz bacılar Edit Damblton və Dorkas Tobin 102 yaşlarını qeyd edərək uzunömürlülüyün sirrini açıblar.

Milli.Az bildirir ki, bu barədə Daily Mirror yazır.

Damblton və Tobin 28 iyun 1920-ci ildə 45 dəqiqə fərqlə anadan olublar. Onların birlikdə beş övladı, doqquz nəvəsi və 22 nəticəsi var. Dambltonun 68 yaşlı qızı Kristin Bemand bildirib ki, ailə anası və xalasının ad günlərini qeyd etmək üçün bir yerə toplaşıb. "Bayram sakit və ailəvi oldu: pendirli sendviç yedilər və xatirələrini xatırladılar", - o deyib.

Dambltonun dediyinə görə, o və bacısı həmişə təvazökar yaşadıqlarına və sərvət və rahatlıqlarını itirməkdən qorxmadıqları üçün bu yaşa qədər yaşaya biliblər. Onun fikrincə, bu, onları stressdən azad edib. O əlavə edib ki, hələ də həyatdan hər şeyi almağa çalışır və hər anından həzz alır.

Tobin etiraf etdi ki, onun sirri fəaliyyətdə eniş-yoxuşlara baxmayaraq, yaşamağa davam etmək bacarığındadır. "Mənim kiçik bir istixanam var, bağçılıq edirəm və bu məni xoşbəxt edir", - o deyib.

Bacılar bir-birindən 120 kilometr məsafədə yaşayırlar, lakin məsafə onları ayırmır - Tobin hər çərşənbə axşamı bacısına baş çəkir.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.