Azərbaycan meymunçiçəyinə qarşı tədbirlərə gecikə bilər - Baş həkim
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatı "Meymunçiçəyi" xəstəliyini pandemiya elan edib.
Təşkilatın məlumatına görə, 2022-ci il yanvarın 1-dən iyunun 22-dək ÜST-ə 50 ölkədə, 5 region ərazisində laborator təsdiqlənmiş 3 413 yoluxma halı və 1 ölüm barədə məlumat daxil olub.
Qeyd edib ki, əvvəlki bülletenin dərc edildiyi gündən - iyunun 17-dən indiyədək 1 310 yeni yoluxma qeydə alınıb. Bundan əlavə, daha səkkiz ölkə yoluxma halları barədə məlumat verib.
Bəs bu xəstəliyin pandemiya elan olunması ölkəmizdə yenidən qapanmalara, yaxud peyvəndləməyə gətirib çıxara bilərmi? Hansı təhlükə var? Məhdudiyyətlər olacaqmı?
Milli.Az bakupost-a istinadən xəbər verir ki, məsələ ilə bağlı "Ankara" klinikasının baş həkimi, alqoloq Zülfüqar Yusifov açıqlama verib.
Baş həkim meymunçiçəyinin pandemiya elan olunmasını prosesə hazırlıq kimi dəyərləndirib:
"İki ilə yaxın ciddi bir pandemiya yaşadıq. Hazırda ÜST, dünya dövlətləri, səhiyyə ocaqları bu məsələyə həssaslıqla yanaşır. Deyərdim ki, meymunçiçəyinin pandemiya elan olunması prosesə hazırlıqdır. Haradasa, gecikmə qorxusu da yaranıb. Əvvəl bəzi qərarların bir qədər ləng verilməsinin şahidi olduq. Bu baxımdan bu tipli qərarlar nə qədər erkən verilərsə, o qədər yaxşıdır. Çünki qorunma tədbirlərinin vaxtında həyata keçirilməsi xəstəliyin qarşısının alınmasına kömək edir. Əlbəttə ki, pandemiya qərarının verilməsi sadə bir məsələ deyil. Konkret statistik məlumatlara söykənərək bu qərar verilib. Artıq dünyada bəlli bir artımın şahidiyik. Bu statistika ÜST tərəfindən aparılır".
Z.Yusifov yeni pandemiyanın məhdudiyyətlər yarada biləcəyini istisna etməyib:
"Hər bir pandemiya müəyyən məhdudiyyətlər deməkdir. İnsanları baş verən bəladan, xəstəlikdən qorumaq üçün vacibdir. Hər bir xəstəliyə uyğun müvafiq qorunma tədbirləri var ki, meymunçiçəyilə bağlı da konkret məlumatların yaxın vaxtlarda şahidi olacağıq. Peyvəndlənmə məsələsinə gəldikdə, bütün infeksion yayılan xəstəliklər, hansı ki, pandemiya və epidemiyalara səbəb ola bilirsə, bu zaman insanların peyvəndlənməsinə ehtiyac yaranır. Ancaq ümumi məlumata görə müəyyən yaş qrupunun bir zamanlar su çiçəyinə görə aldığı peyvəndlərin, meymunçiçəyində də effektiv olduğu haqqında fikirlər var. Ona görə əhalinin böyük bir hissəsi, xüsuslilə də orta yaş qrupundan yuxarı hissəsində bu təhlükənin az olacağını ümid edirik".
Baş həkim peyvəndlənmə ilə bağlı məsələyə də diqqət çəkib:
"Peyvəndlənmə zərurəti ortaya çıxarsa, buna da əməl etmək lazım gələcək. Yəqin bu, ayrı-ayrı ölkələrin yox, ÜST-ün təlimatı əsasında bütün dünyanı əhatə edəcək tədbir olmalıdır. Pandemiya təcrübəsini çox dərin şəkildə bütün ölkələr yaşayıb. O cümlədən bizim ölkə bu sahədə çox böyük təcrübəsi var. Düşünürəm ki, bu tipli proseslər artıq daha rahat şəkildə keçib gedəcək. Qeyd etmək istərdim ki, meymunçiçəyi ilə Covid-19-u müqayisəsi etsək, meymunçiçəyi nisbətən daha yüngül keçən bir problemdir. İnsan həyatı üçün Covid-19-a nisbətən daha az təhlükəlidir. Ümid edək ki, yaxın dövrlərdə qazanılmış təcrübə, vaxtında verilmiş bu qoruyucu tədbirlər, bu problemi daha asan şəkildə ötüşməyinə imkan verəcək".
O, hələ ki, belə halların bizim ölkədə rast gəlinmədiyini əlavə edib:
"Hələki bizim praktikada bu kimi hallara rast gəlinməyib. Amma cəmiyyətdə həssaslıq çox artıb. Hətta, rəsmi olaraq ləğv olunsa belə küçədə maskada gəzən vətəndaşlarımız var. Çünki kovidin bitməsilə bağlı inam hələ tam insanlarda bərpa olunmayıb. Müəyyən həssas insanlarda bu tipli həyəcanların olması normaldır. Düşünürəm, bu sahədə mümkün qədər maarifləndirmə tədbirləri intensiv şəkildə başlamalıdır. Çünki insanlar həm yeni xəstəliyin diplomatiyasından, onun verə biləcəyi fəsadlardan xəbərdar olsunlar ki, əlavə həyəcanlar ortaya çıxmasın".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
XƏBƏR LENTİ
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı
-
"Fənərbağça"nın 100 milyonlarla dollar borcu var
-
Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi – Son halı - (Foto)
-
Xalq artisti şəhid qardaşı oğlunu yad etdi - (Fotolar)
-
Öz üzüyünün qiyməti 1 milyon dollar: Ronaldonun Corcinasının üzüyünü görəndən sonra...
-
Roberto Karlos milyonlarlarını itirdi





