Alimlər infeksiyaya qarşı necə qorunmağın yolunu açıqlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xəstəxanalardakı infeksiyaların 70 faizi çirkli əllərdən əmələ gəlir.
Gündəlik həyatda minlərlə xəstəliyin yayılması yuyulmamış əllərlə əlaqələndirilir. Söhbət diareya, hepatit A, qrip, noro- və rotavirus infeksiyaları, dizenteriyadan gedir.
Tədqiqatlar göstərir ki, mikroblarla mübarizədə, bütün vasitələr eyni dərəcədə yaxşı təsir göstərmir, bəziləri sağlamlıq üçün təhlükəli ola bilər.
"Əlləri sabunla yumaq bir çox infeksiyaların qarşısını almağın ən təsirli yoludur. Baxın: Dünyada hər il 1,4 milyondan çox uşaq ishal və pnevmoniyadan ölür.
Lakin müəyyən olunub ki, valideynlər əllərini tez-tez yuduqda, uşaqlar arasında ölüm halları kəskin tənəffüs yoluxucu xəstəliklərdən 20 faiz, kəskin bağırsaq infeksiyasından 50 faiz azalır."- deyə RİA Novosti ilə söhbətində Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu, Seçenov Universitetinin epidemiologiya və dəlil əsaslı tibb kafedrasının müdiri akademik Nikolay Briko bildirib.
Patogen mikroorqanizmlərdən yalnız əlləri sabunla yumaqla qurtulmaq mümkündür. Bu zaman təhlükəli bakteriyaların yalnız səkkiz faizi, əsasən enterokoklar, Escherichia coli və Salmonella dəridə qalır. Əllərinizi sadəcə su ilə yusanız mikroblar 23 faizə qədər azalır.
Miçiqan Universitetinin (ABŞ) alimləri müəyyən edib ki, insanların yalnız beş faizi əllərini düzgün şəkildə - sabunla və ən azı 15-20 saniyədə yuyur.
Adi və antibakterial sabunla yuyulma arasındakı fərqə gəlincə, praktik olaraq onlar arasında fərq mövcud deyil.
Koreyalı alimlər iki növ sabunun bakteriyaların 20 suşuna - E. coli, streptokok və stafilokokklara təsirini müqayisə etdilər. Gerçək şərtlərdə antibakterial sabuna əlavə olunan triklosanın 0,3 faizinin mikroblara təsir göstərməyə vaxtı olmadığı məlum olub, çünki əllər 20 saniyədən çox olmayaraq yuyulur.
Bundan əlavə, bəzi bakteriya növləri ilə - məsələn, Enterococcus faecalis və Staphylococcus aureus - adi sabun daha yaxşı təsir göstərir. Lakin, antibakterial sabunun effekti daha uzun müddət qalır - doqquz saatdan sonra əllərdəki mikroblar adi sabunla müqayisədə az olur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
XƏBƏR LENTİ
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev





