Maraqlı

Yataq səhnələri çox olan 8 film - FOTOlar

14 İyun 2022 04:44
0 Şərh     Baxış: 4 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az 7times.az-a istinadla porno haqqında 8 ən yaxşı film siyahısını təqdim edir:

Dedikərimizə sübut olaraq Cozef Gordon Levittin debyut işi olaraq çəkdiyi "Don Juanın ehtirasları" filmini göstərmək olar. İtalyan-amerikan gəncə ekranda izlədiyi xanımlar real həyatdakı rəfiqələrdən daha maraqlı görünür. Bu filmdə porno əsas sujet xəttini təşkil edir.

Don Juanın ehtirasları - Don Jon, 2013

Senariyə əsasən müasir Don Juanın həyatında çox az sayda maraq var. Olan maraqların əsasını isə porno təşkil edir. Gordon Levitt filmin rejisoru olmaqla yanaşı filmdə baş rolun ifaçısı olmuşdur. Əsas qadın obrazını isə, sexsual rəfiqə rolunda oynayan Scarlett Johansson canlandırmışdır. Qeyd edək ki, xanım əsasən senari seçimində "böyüklər üçün olan film"-lərə üstünlük verir. Hər iki real sex simvolu sayılan aktyorlar "Don Juanın ehtirasları" filmini çox rəngarəng edə bilmişlər.

Gənc italyan gündüzlər tam normal həyat tərzi keçirir, günaşırı idmana gedir, altıncı günlər kilsəni ziyarət edir, beşinci günlər isə gecə klubunda olur. Lakin, hər gecə mütləq qaydada porno izləyir. Sarışın xanım isə, qoyma dırnaqlarla sevgi arzusu ilə yaşayır. Film ümumilikdə komediya janrındadır.

Rejisor: Cozef Gordon Levitt
Rollarda: Cozef Gordon Levitt, Scarlett Johansson, Cillian Murphy, Tony Danza, Brie Larson

Lavleys - Lovelace, 2013
Porno haqqında 8 ən yaxşı film

"Dərin boğazlar" haqqında daha bir çəkiliş - porno aktrisa Linda Lovelace haqqında. Linda qəhrəmanın keçmişinə dalaraq adult-industriyaya gəlir. Lakin, əri-menicer tərəfindən ciddi təzyiqlərə məruz qaldığından heç cür işlərindən uzaqlaşa bilmirdi. Filmdə böyük ümüdlər vəd edən aktyor komandası mövcutdur. Əlbətdə ki, komandanın başında Amanda Seyfried (Linda Lovelace) və Peter Sarsgaard (qəddar ər Chuck Traynor),  Ceyms Franko (Hyu Hofner) və Chloe Sevigny olmaq şərtilə. Linda Lovelace öz pornoqrafiyasını bitirdikdən sonra bütün gücünü qadın hüquqlarını qorumağa yönəldir.

Rejisor: Rob Epstein, Ceffri Fridman
Rollarda: Amanda Seyfried, Peter Sarsgaard, Robert Patrick, Sharon Stone, Bobby Cannavale

Həm gülməli, həm günah - Humpday, 2009

Komediya filmi həyata keçirilməsi mümkün olmayan ambisyaların 30 yaşlı insanları hansı günə salmasından bəhs edir. Sujetin mərkəzində iki köhnə dost dayanır. Sərxoş hallarında onlar əyləncə xatirinə erotikada iştirak etmək istəyirlər. Lakin, bundan öncə özlərinin baş rolda oynayacaqları gey-porno çəkməyi qərarlaşdırırlar.

Birinci problem - hər ikisi hetrosexsualdırlar (natural). İkinci problem - qəhrəmanların biri ailəlidir. Və yəqinki, həyat yoldaşı ərinin homosexsual fikirlərini dəstəkləməz. Filmin həm idea müəllifi, həmdə rejisoru "Təzə" serialının rejisoru olan Lynn Sheltondur. Film yekunda "Sandes" mükafatına laiq görülür.

Rejisor: Lynn Shelton
Rollarda: Mark Duplass, Alycia Delmore, Lynn Shelton

Həzz axtarışında - Finding Bliss, 2009

Film ciddi yəhudi ailəsində böyümüş və ciddi filmini çəkmək istəyində olan, ixtisaca rejisor Codi (Leelee Sobieski) adlı qız barəsindədir. İstəyinin reallaşdırılmasında yeganə imkanı porno sdudiyada işə düzəlməkdə görür. O, gündüzlər böyüklər üçün həzz verəcək porno çəkilişlərində olur, axşamlar isə həmin aktyorlarla öz ilk debyutunu çəkməyə çalışır. Yekunda "Həzz axtarışında" filmi gülüş mənbəyinə çevrilir. Çəkdiyi filmdə porno aktyorların oynaması cəmiyyətdə təbəssümlə və qeyri-ciddi qarşılanır. Ancaq film bütünlükdə maraq yaradır.

Rejisor: Culi Davis
Rollarda: Elizabeth Banks, Seth Rogen, Craig Robinson, Jason Myuz, Traci Lords

Zak və Miri porno çəkir - Zack and Miri make porno, 2008
Porno haqqında 8 ən yaxşı film

Pis vəziyyətdə olan adamlar porno çəkməklə tez bir zamanda varlanmaq istəyirlər. Bu mövzuda çəkilən Kevin Smithin komediya filmi olduqca maraqlı və məşhurdur. Məktəb dostları Zak (Seth Rogen) və Miri (Elizabeth Banks) düşünürlər ki, əgər Paris Hiltonda houmporno çəkə bilibsə, onda onlarda da uğursuz alınmaz. Filmin istehsalı zamanı qəhərmanlar bütün həvəsləri ilə işləməyə başlayırlar. Aktyor kimi belə özlərini sınadıqdan sonra bir-birlərinə qarşı hislərinin olduğunu anlayırlar.

Rejisor: Kevin Smithin
Rollarda: Elizabeth Banks, Seth Rogen, Craig Robinson, Jason Myuz, Traci Lords

Qonşu qızı - The girl next door, 2004

Ekranişi istənilən 10-11-ci sinif şagirdinin arzusunu əks etdirir - porno ulduzla münasibət yaşamaq. Əslində isə bu film yaradıcılarından birinin yaşadığı real hadisədir. "Qonşu qızı"-nı öz dövründə normadan artıq romantiklik və ümumi qadınların böyüklər üçün olan filimlərə həvəsləndirməkdə günahlandırırdılar. Lakin, bu hal maraqlı filmi izləməyə mane olmur. Porno produser Timothy Olyphant qəddar obraz, gənc Paul Dano isə baş rolun qəhrəmanı Elisha Cuthbert üçün ağız suyu tökən yeniyetmə rolundadır.

Rejisor: Luke Greenfield
Rollarda: Elisha Cuthbert, Timothy Olyphant, Paul Dano, James Remar, Emile Hirsch

Uonderland - Wonderland, 2003

Film 1981-ci ildə baş vermiş cinayət hadisəsindən bəhs edir. Los Ancelsdə Uonderland-avenyudakı evdə ölümcül vəziyyətdə dörd nəfər döyülmüşdü. İş üzrə şübhəli qismində porno industriyanın ilk dövürlərində parlayan, sonra isə koryerasını bitirikdikdə kokain aludəçisi olan John Holmes hesab edilir. Filmdə Holmesi Val Kilmer canlandırmışdır. Çəkilişlər üçün John Holmesin nişanlısından icazə alınmışdır. Ancaq, real olaraq porno aktyorun həqiqətən cinayətdə əli olduğu sübuta yetirilməmişdir.

Rejisor: James Cox
Rollarda: Val Kilmer, Kate Bosworth, Lisa Kudrow, Josh Lucas, Dylan McDermott

Pornofilm - Rated X, 2000

Showtime kanalının Mitchell qardaşları haqqında çəkdiyi film. Onlar 70-ci illərdə San-Fransiscoda porno industriyanın önəmli simalarından idilər. Birlikdə onlar köhnə kinoteatr alır və orda yüksək səviyyədə bədii adult filmlər çəkmək qərarına gəldilər. Tez bir zamanda çox pul və məşhurluq qazandıqdan sonra qardaşlar əyləncə xətrinə yaşamağa başlayırlar. Yekunda hərislik, pozğun həyat tərzi, kokainə aludəçilik böyük qardaşın kiçik qardaşı öldürməsi ilə nəticələnir. Filmdə qardaşları canlandıran aktyorlar Charlie Sheen və Emilio Estevezdə real həyatda da qardaşdırlar. Lakin, film çox tənqidlərə məruz qalır. Rejisor işi və əsas qəhrəmanların oynamaqları bəyənilmədi.

Rejisor: Emilio Estevez
Rollarda: Charlie Sheen, Emilio Estevez, Tracy Hutson, Danielle Brett

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.