Maraqlı

Xərçəngin dəridəki ƏLAMƏTLƏRİ

7 May 2022 22:30
0 Şərh     Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xərçəng xəstəliklərinin ən çox yayılmış növü ağciyər xərçəngidir. Bəzən onu dəridəki təzahürlərilə də aşkar etmək olur.

Bunu Britaniyanın "Medino" tibb şirkətinin aparıcı əczaçısı Culia Herrini bildirib.

Həkim izah edib ki, ağciyər şişləri ilə dəri simptomları arasında əlaqə var. Bu "siqnallar" xərçəngin digər orqanlara yayılmasının nəticəsi və ya müalicənin yan təsirləri kimi də peyda ola bilər. Bu səbəbdən də, dəridəki dəyişiklikləri həkimlə birgə izləmək vacibdir.

Herrininin sözlərinə görə, dəri göyərmələri, qabarıq ləkələr, sarımtıl dəri, artan qaşınma, göz ətrafındakı səpgilər və üzün bir tərəfində müntəzəm qızartı ağır xəstəlikdən xəbər verə bilər. Odur ki, belə hallarda dərhal mütəxəssisə müraciət etmək vacibdir.

Əczaçı xatırladıb ki, xərçəngin erkən aşkarlanması sağalma ehtimalını xeyli artırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.