Maraqlı

Bilmədən bir şey yesəm orucum pozulurmu?

19 Aprel 2022 22:20
0 Şərh     Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sual: Mən, oruclu olduğumu unudub, yemək yedim və su içdim. İndi orucum pozuldumu?

Cavab: Bilmədən, unudaraq yemək yeməniz və ya su içməyiniz orucunuzu batıl etməz. Xatırladığınız anda ağzınızda yemək varsa yeməyi, su varsa, suyu xaric etməlisiz. Əgər xatırladığınız anda belə, ağzınızdakı loxmanı ya da suyu udarsanız, o zaman orucunuz pozular. Yəni, bu işdə qəsdi qərəzlik olmaz.

Allah, Quranda bu barədə belə buyurur:

"Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. 'Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!.." (Bəqərə, 2/286).

Peyğəmbərimiz əleyhissəlam da bilmədən bir şey yeyənin orucunun pozulmayacağını belə ifadə etmişdir:

"Kim oruc ola-ola oruc tutduğunu unudub nəsə yesə və yaxud içsə, öz orucunu pozmayıb tamamlasın. Çünki onu Allah yedirdib içirtmişdir". (Buxari, Savm (oruc), 26; Müslim, Siyam, 33/1155)

Ramazan.Milli.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.