Maraqlı

Alındakı bu qırışlar ürəyin xəstə olduğunu göstərir - ALİMLƏR

14 Aprel 2022 22:25
0 Şərh     Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alın nahiyədə eninə dərin, erkən qırışlar insanın ürəyində problem olmasından xəbər verə bilər.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, fransalı mütəxəssislər yeni elmi tədqiqatlarında dərinin vəziyyəti ilə sağlamlığın əlaqəsini araşdırıblar.

Onlar müşahidə edib ki, altında eninə, dərin qırış olan şəxsrlərin qanında pis xolesterin çox olub.

Bu isə birbaşa ürək-damar xəstəliklərinə işarədir.

Dəri qan dövranının necə olmasının güzgüsüdür. Üzdə xırda damarlarda qan dövranı pozulduqda, dəri tonusdan düşür, qırışlar artır.
Qanda xolesterin çox olması qan dövranını pozur,dəri elastikliyini itirir.

Alimlər həkimlərə pasiyenti müayinə edərkən, xəstənin üzünə, alnındakı qırışlara diqqət yetirmələrini tövsiyə edib.

Gənc və orta yaşda alında yaşa uyğun olmayan qocalı qırışı varsa, xəstənin ürək damarları yoxlanmalıdır. Ola bilər ki, o hələ ürəyinin xəstə olduğunu hiss etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.