Maraqlı

Bənövşədən xalq təbabətində istifadə olunan müalicəvi reseptlər

14 Aprel 2022 07:11
0 Şərh     Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bənövşə otu tənəffüs yollarının bir çox xəstəliklərində effektiv müalicəvi təsir göstərən yığıntıların tərkibində mühüm bir komponent kim istifadə olunur. Bunun üçün aşağıdakı yığıntıları daha çox tətbiq edirlər:
Adi dəvədabanı yarpaqları - 20 hissə
Iri bağayarpağının yarpaqları - 30 hissə
Şirin biyanın kökü - 30 hissə
Üçrəng bənövşə otu - 20 hissə
1-2 xörək qaşığı yığıntını emallı qaba yerləşdırıb üzərinə 1 stəkan ( 200ml) qaynar su əlavə edib, qaynar su hamamında 15 dəqiqə qızdırıb, qaynadılmış su əlavə edərək alınan dəmləmənin həcmini 200 ml-ə çatdırırlar, öskürəkdə, xroniki və kəskin bronxitlərdə gündə 3 dəfə, hər dəfə yeməkdən əvvəl 1/3-1/4 stəkan qəbul edilir.

Bataqlıq ladankolu otu - 10 hissə
Adi dəvədabanı yarpaqları - 10 hissə
Üçrəng bənövşə otu - 10 hissə
İri bağayarpağının yarpaqları - 10 hissə
Aptek çobanyastığının çiçəkləri - 10 hissə
Bahar novruzçiçəyinin yarpaqları - 10 hissə
Adi cirənin meyvəsi - 10 hissə
Dərman gülxətminin kökləri - 20 hissə
Şirin biyanın kökləri - 10 hissə
Əvvəlki yığıntıdakı göstərilən qayda üzrə dəmləməni hazırlayıb quru bronxitdə gündə 3 dəfə hər dəfə yeməkdən sonra 1/ 3 stəkan qəbul edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.