Maraqlı

Büstqalterlə yatmaq orqanizmə zərərlidirmi?

22 Mart 2022 20:05
0 Şərh     Baxış: 1 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Büstqalterli, yoxsa büstqaltersiz? Uzun illərdir bu sual ətrafında çoxlu miflər dolaşır. Bir çox mənbələr bu alt geyimi ilə yatmağın bədənə çox zərərli olduğunu yazır.

Digər tərəfdən 8 saat dayaqsız qalan süd vəzilərinin əzələsi boşalır, forması dəyişir, sallanma yarana bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, büstqalterlə yatmağın qadın orqanizminə hər hansı zərəri, mənfi təsiri barədə tibbi, elmi sübut, araşdırma yoxdur.

Amma böyük ölçüdə sinəyə malik qadınların məhz büstqalterlə yatması üçün tövsiyələr var.

"Yuxuda yumşaq və düzgün büstqalter daşımaq yuxu zamanı çevrilərkən süd vəzilərinin hərəkətini məhdudlaşdırır və qadına komfort hissi verir. Amma yuxuda geyinilən büstqalter dəmirsiz, yumşaq olmalı, qan dövranına mane olmamalı, əzələni sıxmamalıdır. Eləcə də implant əməliyyatı etdirən, silikon taxan qadınlar bra geyinə bilər.

Bu implantların uzun müddət normal qalmasını təmin edib ömrünü uzadacaq.

Beləliklə, büstqalterlə yatmağın ürək xəstəliyi və xərçəng riski yaratması barədə elmi əsaslar yoxdur.

Lakin yeniyetməlik və gənclik dönəmində kip və bərk büstqalter taxmaq onların inkişafını azalda və qan dövranını poza bilər. Ona görə bu yaşlarda yatanda büstqalter taxmaq məsləhət deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.