Maraqlı

Bal antibiotiklərdən güclü çıxdı – Öskürək, boğaz ağrısında istifadə edin

26 Fevral 2022 08:31
0 Şərh     Baxış: 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əsrlər ərzində insanlar soyuqdəymə, öskürək, boğaz iltihabı zamanı baldan istifadə edirdilər. Yeni elmi araşdırma təsdiq edib ki, bal bu pozulmalar zamanı antibiotiklərdən də yaxşı effekt verir.

Mütəxəssislər həkimlərə daha yüngül hallarda pasiyentlərinə antibiotikləri deyil, balı "təyin etməyi" tövsiyə edirlər.

Saglamolun.az The Daily Mail-ə istinadla bildirir ki, bu həmçinin bütün dünyada antibiotiklərə qarşı rezistentliyin artması probleminin həllində də yardım edə bilər. Antibiotiklərin tez-tez və nəzarətsiz qəbulu nəticəsində mikroblar onların bir çoxuna qarşı həssaslığını itirib, yəni antibiotiklər bəzi mikrob ştamlarına artıq təsir etmir. Alimlərin fikrinə görə, bu vəziyyət dəyişilməzsə, gələcəkdə insanlar mikroblara qarşı müdafiəsiz qalacaqlar.   

Oksford Universiteti (Böyük Britaniya) ekspertləri yeni araşdırma zamanı aşkar ediblər ki, bal öskürək əleyhinə və boğaz ağrısını kəsən dərmanlardan daha effektlidir. Belə ki, bal dərmanlarla müqayisədə öskürəyi və boğaz ağrısını 44% daha tez müalicə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.