Maraqlı

D vitamininin günlük dozasını almaq üçün günün altında nə qədər olmaq lazımdır?

17 Fevral 2022 08:21
0 Şərh     Baxış: 1 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

D vitamini orqanizmdə çox böyük rol oynayır, bir çox proseslərdə həm vitamin, həm də hormon kimi iştirak edir.

D vitamini uşaq orqanizminin normal inkişafı və raxitdən qorunması üçün lazımdır;

- immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir - infeksion xəstəliklərdən qoruyur, antimikrob maddələrin sintezində iştirak edir, iltihab reaksiyalarını dəf edir;

- qan təzyiqinin tənzimlənməsində iştirak edir;

- aterosklerozun inkişafının qarşısını alır;

- beyində gedən bir çox proseslərdə iştirak edir;

- qığırdaq toxumasının dağılmasının qarşısını alır;

- ürək-damar xəstəliklərinin inkişafından qoruyur;

- bədəndə metabolik prosesləri sürətləndirir;

- kalsiumun mənimsənilməsini tənzimləyir.

D vitamini (D3, xolekalsiferol) dərimizdə gün şüalarının təsirindən sintez olunur. Lakin bunun üçün saatlarla günün altında "zaqar" almağa ehtiyac yoxdur. Əksinə bu ziyanlıdır. Saglamolun.az bildirir ki, "zaqar"dan sui-istifadə dəri xərçənginin əsas səbəbi sayılır. Həmçinin dəri nə qədər çox qaralırsa, D vitamininin sintezi də bir o qədər azalır.

D vitamininin günlük dozasını almaq üçün gün şüalarının altında 10-15 dəqiqə olmaq kifayətdir.

Bu zaman bütün bədənin açıq olması da vacib deyil, üz və əllərin açıq olması yetərlidir.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.