Maraqlı

Tez yuxuya getmək üçün bunları edin

12 Fevral 2022 08:59
1 Şərh     Baxış: 2 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günümüzdə əksər insan yuxusuzluqdan əziyyət çəkir. Şübhəsizdir ki, yuxusuzluq insan beyninə mənfi təsir göstərir.

Bir sıra vacib qayda var ki, yuxusuzluqdan əziyyət çəkənlər üçün bunlar faydalı hesab olunur.

İlk olaraq, yatmazdan öncə 1 qaşıq bal yemək məsləhət görülür.

İkincisi, yatağınızda rahat deyilsinizsə, dizlərinizin altına yastıq qoyun. Bu halda bel əzələləriniz boşalacaq və siz tez yuxuya gedəcəksiniz. Böyrü üstə yatmağı xoşlayırsınızsa, yastığı ayaqlarınızın arasına qoyub, uzanın. Belə vəziyyət rahatlanmağınıza və tez yuxuya getməyinizə kömək edəcək.

Milli.az bildirir ki, tez yuxuya getmək üçün yoqlardan götürülmüş "4-7-8" üsulundan istifadə də məsləhət görülür. Bunun üçün əvvəlcə rahat uzanmaq, üz əzələlərini boşaltmaq, dili yuxarı qaldırıb üst dişlərə sıxmaq lazımdır. Sonra ağzınızla nəfəs almaqla ciyərlərinizdəki bütün havanı çəkin, 4-ə qədər sayaraq burnunuzdan çıxarın. 7-yə kimi sayıb nəfəsinizi saxlayın, 8-ə kimi sayaraq ağzınızdan nəfəs almaqla yenidən ciyərlərinizdəki bütün havanı çəkin. Bunu 4 dəfə təkrarlayın, tezliklə yuxuya gedəcəksiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.