Maraqlı

Ürəyin sağlamlığı üçün AĞ TUT dəmləməsi. RESEPT

10 Fevral 2022 08:01
0 Şərh     Baxış: 1 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ tut çox faydalı müalicəvi məhsuldur. Ağ tutun dəmləməsi, şirəsi xalq təbabətində bir çox xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə olunur.

Ağ tut bəlğəmgətirici, iltihab və mikrobəleyhinə təsirə malikdir, qanın tərkibini yaxşılaşdırır, ürəyin və qaraciyərin fəaliyyətinə çox müsbət təsir edir, sinir sistemi üçün faydalıdır.

Saglamolun.az oxucularına ürəyi möhkəmləndirən və ürəyin fəaliyyətini yaxşılaşdıran ağ tutun dəmləməsinin reseptini təqdim edir. Belə dəmləməni hər gün uzun müddət ərzində içmək olar.

2 x.q. ağ tutun üzərinə 1 stəkan qaynar su tökün və termosda 2 saat ərzində dəmləyin. Dəmləməni gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla yeməkdən əvvəl qəbul edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.