Fransada Aguttes auksionunda 29 il əvvəl göndərilən dünyanın ilk SMS mesajı NFT formatında 132.680 avroya satıldı.
Xatırladaq ki, ilk SMS mesajı 1992-ci il dekabrın 3-ü proqramçı Neil Papworth Vodafone-dəki kolleqası Richard Jarvis-ə göndərib. Mesajın mətni iki sözdən ibarət idi: Merry Christmas.
Milli.Az