Maraqlı

Bunu 19 ildən sonra ilk dəfə edəcək

29 Yanvar 2022 21:59
0 Şərh     Baxış: 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı aktyor Kevin Kostner 19 ildən sonra ekranlara geri qayıdır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Horizon" adlı vesterni (Amerikanın həyatını əks etdirən janr) ekranlaşdırmağa hazırlaşır. Bununla da Kevin 19 ildən sonra ilk dəfə rejissor kürsüsündə əyləşəcək. Eyni zamanda, filmdə əsas obrazlardan birini canlandıracaq.

Çəkilişlər avqustun 29-da Yutada başlayacaq, Kastinqlər isə gələn aydan etibarən start götürəcək.

Qeyd edək ki, K.Kostner son olaraq 2003-cü ildə "Açıq məkan" filmində rol alıb. Onun "Canavarlarla rəqs" filmi "Ən yaxşı film" nominasiyası da daxil olmaqla 7 Oskar qazanıb. Film Amerika Kinoakademiyasının "Qızıl şedevrlər" siyahısına alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.