Maraqlı

İlon Mask BEYİN İMPLANTINI insanlar üzərində test edəcək

30 Yanvar 2022 23:25
0 Şərh     Baxış: 1 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlon Maskın sahibi olduğu "Neuralink" şirkəti yeni texnologiyanın insanlar üzərində testlərinə hazırlaşır.

Milli.Az ted.az-a istinadən bildirir ki, hazırlanan beyin implantı əvvəlcə iflic kimi nevroloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, kliniki testlərdə iştirak edəcək ilk şəxslərlə həkimlər, aparıcı mühəndislər sıx əməkdaşlıq edəcək.

Prosesin baş tutması üçün şirkət məsələ ilə bağlı ABŞ-ın müvafiq nizamlayıcı orqanlarından icazə alınmalıdır. Sonra həmin orqanlar bu və ya digər tibbi cihazın insanlar üzərində testlərdə istifadəsinin mümkünlüyünü qiymətləndirirlər. Daha sonrakı mərhələdə isə artıq tibbi cihazın insanlar üzərində testlərinə icazə verilir.

Xatırladaq ki, İlon Mask bir müddət əvvəl şirkətin öz beyin implantını 2022-ci ildə insan beyninə inteqrasiya edəcəyini demişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.