Maraqlı

Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda... - FOTOlar

20 Yanvar 2022 10:42
1 Şərh     Baxış: 5 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ildə İlon Mask "Amazon"un qurucusu Ceff Bezosu geridə qoyaraq dünyanın ən varlı adamı oldu. 

Bəs, İlon Mask kimdir ? Necə bu qədər varlana bildi ? 

"İlon Mask kimdir?" sualın cavabı əslində olduqca uzundur. Bir mühəndis, xeyriyyəçi, dizayner kimi tanınan Mask, yalnızca "Tesla Motors" şirkətinin yaradılmasındakı  iştirakına görə məşhur deyil. Bütün dünyanın hazırda istifadə etdiyi nəhəng elektron ödəniş xidməti olan "PayPal"un qurucusu kimi də tanınır.  

Mİlli.Az lent.az-a istinadən 52 yaşlı milyarderin qısa həyat hekayəsini təqdim edir:

Kanadalı dieotoloq ana və britaniyalı mühəndis atanın oğlu olan İlon Mask 1971-ci ildə Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada anadan olub. Onun özündən başqa bir qardaşı və bir bacısı var. Kiçik yaşlarında özünə qapalı uşaqlıq keçirən Mask hətta qardaşını da öz zəkası ilə qısqandırırdı. 

Erkən yaşlarında proqramlaşdırma öyrənmiş və 12 yaşı olanda özü yazdığı oyunu  ("Blastar") 500 dollara satır. Valideynləri boşandıqdan sonra əsasən atası ilə birlikdə yaşamağa başlayır.

"Tesla Motors" İlon Maskın yeganə texnoloji şirkəti deyil və o, 2002-ci ildə yaradılan "Space-X" şirkəti də ona məxsusdur. İlon Maskın ideyaları bir çox ürəkləri fəth edir. Onu çox zaman Stiv Cobs ilə müqayisə edirlər.

17 yaşı tamam olduqda Kanadaya, 19 yaşı olduqda isə Pensilvaniya universitetində təhsil almağa gedir, biznes və fizikanı öyrənir.

Universiteti bitirdikdən sonra uzun müddət iş tapa bilməyən İlon gündəlik qazancını bu və ya digər yollarla çıxarır. Müsahibələrinin birində hətta bir mişar daşı zavodunda işləməsi barəsində danışıb. O, bu zavodda saatda 18 dollar qazanırmış. 

Bir müddət sonra həyatını dəyişdirmək üçün mühüm addım atır. 24 yaşlı qardaşı Kimbal Mask ilə "Zip2" şirkətinin əsasını qoyur. 4 ildən sonra isə şirkət satılır. Mask buradan 7% səhm payı ilə 22 milyon dollar qazanır.

Budan sonra elektron ödənişlərlə məşğul olan "X.com" şirkətinin əsasını qoyur. 2000-ci ilin mart ayında "X.com Confinity" şirkətini əldə edir və onun əsasında PayPal adlı pul köçürmə sistemini yaradır. "PayPal"ın uğur qazanacağına inanan Mask "X.com" şirkətini "PayPal"a transformasiya etməyə başlayır. 

2002-ci ildə "PayPal Ebay" satılır. "Tesla Motors"-un gələcək təsisçisi bundan 165 milyon ABŞ dolları qazanır.
Əldə edilən gəlirlərlə isə İlon Musk "SpaceX" şirkətini yaradır və cəmi bir ildən sonra yeni "Tesla Motors" şirkəti (2003) peyda olur. "Tesla Motors" ilk avtomobilini 2008-ci ildə təqdim edir. Biz bu elektromobili "Tesla Roadster" adı ilə tanıyırıq. 

Marsda şəhər salmaq arzusu olan İlon Mask deyir ki, Amerikanın kosmik proqramının kifayət qədər həyəcanverici olmadığı üçün  "SpaceX" şirkətini yaradıb. 

Zəkası və işləri ilə ön planda olan Mask, çox vaxt özəl həyatı ilə də gündəmə gəlir. İlon bu günə kimi 3 dəfə ailə həyatı qurub. 

Mask Queen Universitetində oxuyarkən tanış olduğu Castina Mask ilə 8 illik  evliliyindən  6 oğlu olur. Amma oğlanlarının birini 10 aylıq olarkən itirir. 

Maskın ikinci evliliyi Britaniyalı aktrisa Talulah Riley ilə baş tutur.

Musiqiçi Grimes ilə 2020-də dünyaya gələn körpəsinə "X Æ A-12" adı verib. Bunu "Instagram" hesabından açıqlayan İlon uzun müddət gündəmdən düşmədi. 

Film sektorunda da böyük əhəmiyyətə sahib olan İlon Mask, indiyə qədər "Iron Man 2", "Why Him?" və "Men in Black" filmlərində çəkilib. "The Simpsons", "Big Bang Theory", "South Park" və "Rick and Morty" kimi seriallarda isə epizodik rollarda çıxış edib.

Qeyd edək ki, bu yaxınlarda amerikalı milyarderin anası, supermodel Mey Maskın Bakıda "Planla yaşayan qadın" adlı kitabı çap olunub. 

O, şəxsi "Instagram" səhifəsində etdiyi paylaşımda belə qeyd yazıb: "Kitabımın Azərbaycan dilində çap olunmasından çox həyəcanlıyam. Əziyyəti keçən hər kəsə təşəkkür edirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.