Yunus peyğəmbərin hekayəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yunus ibn Mətta - əleyhis-salam - İsrail oğullarından olan bir peyğəmbər idi. Uca Allah onu indiki İraqın Mosul vilayətində yerləşən ninəva xalqına göndərmişdir. Yunus peyğəmbər onları tək olan Allaha ibadət etməyə çağırdı, lakin onlar üz döndərdilər. Sonra onları dəfələrlə haqq yola çağırması da bir fayda vermədi. Belə olan təqdirdə Yunus peyğəmbər onlara Allahın əzabını vəd etdi və lazımi səbir göstərməyib qəzəblənərək çıxıb getdi. O gedəndən sonra onlar başlarına gələcək əzabın əlamətlərini görüb peşman oldular və tövbə etdilər. Allah da onları bağışladı və əzabdan qurtardı.
Allahın verəcəyi əzabı ləğv etdiyini öyrəndiyinə baxmayaraq o, yoluna davam etdi və geri dönmədi. Uca Allah bu haqda buyurur:
"Zün-Nunu (balıq sahibi Yunusu) da yada sal! Bir zaman o qəzəblənərək qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi" (əl-Ənbiya, 87).
O, adamlarla dolu bir gəmi ilə yola çıxdı. Gəmi dənizin ortasına çatdıqda ağır olduğuna görə batmağa başladı. Onda gəmidə olanlar seçim qarşısında qaldılar; ya onların hamısı gəmidə qalaraq batmalı, ya da gəmini yüngülləşdirmək üçün müəyyən sayda insanlardan qurtulmalı idilər. Onlar axırıncını seçərək püşk atmağa qərar verdilər. Yunus başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu. Rəbbinin izni olmadan çıxıb getdiyinə görə Allah onu qınadı.
O, dənizə atıldı və bədəninə heç bir xəsarət yetirmədən bir balina onu uddu. Balığın mədəsinə düşdükdə o, qəm-qüssə içində Rəbbinə dua etdi. Uca Allah bu haqda buyurur:
"Sonra da zülmətlər içində yalvarıb demişdi: "Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!" Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!" (əl-Ənbiya, 87-88).
Əgər o, Allahın şəninə tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı. Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: "Zün-Nun balığın qarnında ikən: "Lə iləhə illə əntə! Subhənəkə, inni kuntu minəz-zalimin!" - deyərək dua etmişdir. Bir şey istəyərək bu dua ilə yalvaran elə bir müsəlman kişi yoxdur ki, Allah onun duasını qəbul etməsin". (ət-Tirmizi, 3505, 3845).
O, halsız olduğu vəziyyətdə heç bir bitki bitməyən boş yerə atıldı. Allah ona mərhəmət göstərib onun başı üstündə balqabaq tağı bitirdi. O, qüvvət toplayana qədər onun kölgəsində qaldı və meyvəsindən yedi. Sonra Uca Allah ona öz xalqının yanına qayıtmağı və çağrışında əzmkar olmağı əmr etdi. Xalqı da onun çağrışını qəbul etdi. Uca Allah bu haqda buyurur: "Biz onu yüz mindən də daha çox adama peyğəmbər göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik" (əs-Saffat, 147-148).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
XƏBƏR LENTİ
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)





