Küfr nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Küfr sözü örtmək, gizlətmək deməkdir. Küfr imanın ziddidir. Bu, Allaha, Onun mələklərinə, müqəddəs kitablarına, elçilərinə, axirət gününə və qədərə inanmamaqdır. Uca Allah imanın bu altı əsasından bir qisminə iman gətirib digərlərini inkar edəni kafir adlandırır:
"Allahı və Onun elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: "Biz o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!"- deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər - məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq" (ən-Nisa, 150-151).
Küfrün növləri
Küfr, böyük və kiçik olmaqla, iki növdən ibarətdir. Bunlara etiqadi və əməli küfr də deyilir. Böyük küfr, sahibini əbədi Cəhənnəm əzabına düçar edir. Bu növə Peyğəmbərin gətirdiyi vəhyi yalan saymaq, Peyğəmbəri təsdiq etdiyi halda təkəbbürlük üzündən onu qəbul etməmək, Peyğəmbərin gətirdiyi vəhydən bilərəkdən üz döndərmək və imanı büruzə verib qəlbində küfrü gizlədərək münafiqlik etmək aid edilir. Uca Allah Peyğəmbəri yalan saymaq küfrü barəsində buyurur:
"Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?" (əl-Ənkəbut, 68).
Kiçik və ya əməli küfr isə Qurani-Kərimdə və Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - səhih hədislərində küfr adlanan, lakin böyük küfr həddinə çatmayan bəzi günahlara deyilir. Uca Allah Qurani-Kərimdə insanın nemətlərə nankorluq etməsini küfr adlandıraraq belə buyurur: "Allah təhlükəsizlik və əmin-amanlıq içində olan bir diyarı (Məkkəni) misal çəkir. Ona öz ruzisi hər yerdən bol-bol gəlirdi. Lakin o diyarın əhalisi Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu libasına bürüdü" (ən-Nəhl, 112).
Həmçinin, səhih hədislərdə Peyğəmbər müsəlmana qarşı vuruşmağı küfr adlandıraraq belə demişdir: "Müsəlmanı söymək günah, ona qarşı vuruşmaq isə küfrdür." (Səhih əl-Buxari, 48).
Peyğəmbər vida həccində demişdir: "Məndən sonra bir-birinizin boynunu vuraraq kafir olmayın". (Səhih əl-Buxari, 121).
Peyğəmbər Allahdan qeyrisinə and içmək barəsində demişdir: "Kim Allahdan qeyrisinə and içərsə, küfr və ya şirk etmişdir". (Əbu Davud, 3/ 570).
Peyğəmbər İslamdan əvvəlki cahiliyyət dövrünün bəzi əməlləri haqda demişdir: "İnsanlarda iki xislət vardır ki, bunların onlarda olması küfrdür: əsil-nəcabətə tənə vurmaq və ölülərin üzərində vay-şivən salıb ağlamaq".
Kiçik küfr, sahibini İslamdan çıxarmır və əbədi Cəhənnəm əzabına düçar etmir, lakin ona böyük günah qazandırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
XƏBƏR LENTİ
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord





