Maraqlı

Dəhşətli istila: Sakinlər evlərini tərk etməyə qorxurlar: Qapıları və pəncərələri açmırlar - VİDEO

17 Yanvar 2022 15:58
0 Şərh     Baxış: 2 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinanın Lap Palma əyalətində iki gündür dəhşətli mənzərə yaşanır.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, əyalət kərgədan böcəklərinin istilasına məruz qalıb. Məlumata görə, böcəklər gündüzlər günəşdən qorunmaq üçün evlərin damlarına və kanalizasiya borularına toplaşır. Bu isə fəsadlara yol açıb. Məlumata görə, böcəklər gecələr işıq istiqamətində hərəkət etdiyi üçün, küçə işıqları söndürülüb. Sakinlərdən bəziləri böcəklərə zərər verməmək üçün onları toplayaraq, meşəlik ərazilərə atır. Bu mənzərə bəzi sakinlərdə isə qorxu yaradıb. Sakinlər böcəklərin evlərə daxil olmaması üçün qapılar və pəncərələri bağlayıb.

Bildirilir ki, kərgədan böcəkləri ilin bu fəslində torpaqdan çıxaraq ətrafa yayılır. Lakin bu il yağışlı və isti hava böcəklərin sürətlə artmasına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.