Dəm qazından zəhərlənəndə ilk tibbi yardım necə olmalıdır? - Toksikologiya şöbəsinin müdiri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Havalar soyuduqca məişətdə daha çox təbii qazla işləyən qızdırıcılardan istifadə olunur. Bu isə qazdan zəhərlənmə hallarının da artmasına səbəb olur.
Bəs dəm qazından zəhərlənmə baş verən zaman ilkin tibbi yardım necə olunmalıdır?
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, dəm qazı zəhərlənməsi zamanı şəxs özündə zəhərlənmənin hər hansı bir əlamətini hiss edirsə və huşu özündədirsə, dərhal həmin mühitdən uzaqlaşdırılmalı, təmiz hava alması üçün şərait yaradılmalı, maye qəbul etməlidir:
"Daha sonra isə təcili tibbi yardım briqadası çağırılmalı, onun dəm qazından zəhərlənməsi halı təsdiqlənməlidir. Çünki şəkər xəstəliyi və qan təzyiqinin yüksəlməsi halı ilə dəm qazından zəhərlənmə oxşar kliniki formalara malikdir. Huşu üzərində olmadıqda isə eyni qayda da həmin mühitdən uzaqlaşdırılıb, təcili yardım çağırılmalıdır", - deyə o qeyd edib.
Qeyd edək ki, 31 dekabrdan 5 yanvaradək Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub. Müraciət edənlərdən 13 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Xəstəxanaya yerləşdirilən 13 nəfərdən (5 qadın, 3 kişi, 5 uşaq) 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, onlardan birinin (qadın) həyatını xilas etmək mümkün olmayıb.
İlkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazı, 13-ü dərman, 33-ü alkoqollu içki, 9-u göbələk, 9-u allergiya, 1-i əqrəb sancması səbəbi ilə müraciət edib.
Ümumilikdə isə ötən il dəm qazından 250 nəfər, ilan çalması nəticəsində 110, dərman preparatlarından isə 98 nəfər zəhərlənib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
XƏBƏR LENTİ
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər





