Saçımız niyə tez ağarır? Səbəblər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəmiyyətdə saçların ağarmasını qocalma prosesinin bir siqnalı kimi qəbul edirlər.
Bu təbii proses olduğundan, gec və ya tez hər bir insanda baş verir. Adətən tək-tək ağ saçların peyda olması 30-35 yaşlara, 50-55 yaşlarda isə bu prosesin tezləşməsi müşahidə olunur.
Bəs bu prosesin cavan yaşlarda əmələ gəlməsini necə qəbul etmək lazımdır?
Tibb sahəsində vaxtından əvvəl saçların ağarması, yalnız saçların 50% -nin 40 yaşa qədər ağarması və ya ağ saçların 30 yaşdan əvvəl əmələ gəlməsi hallarında qəbul edilir.
Terapevt Anar Ağayev Xeberle.com-a bildirib ki, saçın erkən yaşlarda ağarmasının əsas səbəbi irsi faktorlarla bağlıdır:
"Saçların erkən ağarması 30-50 faiz irsiyyətlə bağlıdır. İrsiyyətlə bağlı saç ağardıqda onun qarşısını almaq mümkün deyil, çünki bu artıq onun genetik fondunda var və nəsildə özünü göstərir. Maddələr mübadiləsinin pozğunluğu, vitamin və mikroelementlərin çatışmazlığı ilə bağlı da saçların ağarması mümkündür. Əslində hər şey uşaqlıqdan başlayır. Uşaqların düzgün qidalanmaması daha sonra bu kimi problemlərin yaranması ilə nəticələnə bilər. Stress, qorxu, həyəcan mühitində çalışmaq da saçların ağarma səbəblərindən biridir. Hər saç teli rəngini "melanosit" adlanan və rəng piqmenti ifraz edən hüceyrələrdən alır. Bu hüceyrələrin funksiyasını itirməsi, piqment azalması, ya da yox olması saçlarda ağarma ilə nəticələnir.Çünki bizim dərimizə, saçımıza qara rəng verən "melanosit" piqmentidir.Bu piqment çatışmayanda dərimizdə ağ-ağ ləkələr əmələ gəlir ki, bu xəstəliyə də vitiliqo deyilir".
A. Ağayev erkən saç ağarması problemi olanların kardioloji müayinədən keçməsini tövsiyə edir.
Psixoloq Elvira Əliyeva isə erkən yaşlarda saç ağarmasını stresslə əlaqələndirir: "Stress bütün xəstəliklərə təkan verən amil olduğu kimi, eyni zamanda saçların ağarmasını da sürətləndirə bilir. Stresslə yanaşı üzüntü, işsizlik, yaxınların erkən itirilməsi də saçın ağarmasını sürətləndirən amilərdəndir. Saçın ağarmasına genetik faktorların da rolu yüksəkdir. Bəzən insan çox üzüntü keçirsə də, bu onda saçların ağarması ilə müşahidə olunmaya bilər. Deməli, həmin insanın orqanizmi saç ağarmasına qarşı həssas deyildir. Saç ağarmasına bir çox xəstəliklər də səbəb ola bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
XƏBƏR LENTİ
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)





