Maraqlı

Tarixi ərazidə gəzərkən yer yarıldı: Boşluğa baxanda ŞOKA DÜŞDÜLƏR - VİDEO

31 Dekabr 2021 10:30
0 Şərh     Baxış: 2 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin qədimi Niğdə şəhərində qızıl axtarışında olan şəxslərin qanunsuz əməlləri təsadüf nəticəsində üzə çıxıb.

Milli.Az Metbuat.az-a istinadən bildirir ki, 47 yaşlı qadın tarixi Niğdə qalasının ərazisində gəzərkən qəfil yer yarılıb və o, dərinliyi 6 metr olan boşluğa düşüb. Dərhal əraziyə gələn xilasedicilər qadını xilas edib. Məlum olub ki, ərazinin çökməsinə qızıl axtaran şəxslərin tunel qazması səbəb olub.

Onlar torpağın altında uzunluğu 200 metrə çatan tunel qazıblar. Ərazinin çökdüyünü müşahidə edən şəxslər qaçıblar. Şübhəlilərin axtarışları davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.