Maraqlı

Böyük Britaniyada ada üçün kral axtarılır - FOTO

27 Dekabr 2021 10:28
0 Şərh     Baxış: 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın şimal-qərbində yerləşən Pil adası üçün kral axtarılır.

Məlumata görə, krallığın şimal-qərbində yerləşən Barrou-in-Furness Şəhər Şurası şəhərin inzibati sərhədləri daxilində yerləşən Pil adasının kralı olmaq üçün vakansiya elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ada Furness yarımadasından 800 metr məsafədə yerləşir. Bura apreldən sentyabr ayına qədər davam edən bərə ilə və ya suyun çəkilməsi zamanı piyada getmək olar.

Vakansiyada qeyd edilir ki, aprel ayından başlayan mövsümə qədər bar və otelin idarəçiliyini ələ keçirmək, 14-cü əsrdən qalmış qalanı qorumaq və 10 il adanın kralı olmaq lazımdır. Eyni zamanda, tacqoyma olduqca sadədir: ərizəçi köhnə qılıncla "taxtda" oturur və sonra başına bir neçə vedrə spirt tökülür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.