Maraqlı

Snapdragon 8 Gen 1 prosessoru smartfonlarda ciddi qızma problemi yarada bilər

1 Yanvar 2022 20:25
0 Şərh     Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ice Universe ləqəbli məşhur insayder Snapdragon 8 Gen 1 prosessoruna sahib Moto Edge X30 smartfon modelinin ilkin testləri barəsində məlumat verib. Onun sözlərinə əsasən smartfon ciddi qızma probleminə sahibdir. Lakin bu problemin səbəbi smartfonun soyutma sistemi deyil prosessorun özüdür. Qeyd etmək lazımdır ki, Moto Edge X30 modeli xüsusi alüminium çərçivəyə sahibdir və həmin çərçivə smartfondan istiliyin daha effektiv şəkildə çıxarılması üçün nəzərdə tutulub. Lakin bu cür aliminium çərçivənin olmasına baxmayaraq smartfon mobil oyunlar və yüksək keyfiyyətli videoların çəkilməsi kimi intensiv yüklənmələr zamanı ciddi səviyyədə qızır.

Snapdragon 8 Gen 1-in təqdimatı zamanı Qualcomm bildirmişdi ki, 4 nanometrlik prosessor Snapdragon 888-dən 20% daha sürətli olacaq və qızma problemi ilə qarşılaşmayacaq. Lakin məşhur insayder qızma probleminin olmayacağı fikri ilə razı deyil. Buna görə də gələn il sözügedən prosessor əsasında çalışacaq smartfonlarda qızma problemi yaşana bilər. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq növbəti smartfon Xiaomi 12 flaqman modeli olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.