Maraqlı

“Atmaca”lar Türkiyə HDQ-nin silahlanmasına qəbul edilib

19 Dekabr 2021 21:05
0 Şərh     Baxış: 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin ROKETSAN şirkəti tərəfindən milli imkanlarla inkişaf etdirilən "Atmaca" gəmi əleyhinə raketi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına təhvil verilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

Bundan başqa o bildirib ki, "Akya" torpedosu sınaqdan keçirilib və digər döyüş torpedosu 2022-ci ildə təhvil veriləcək.

"Atmaca" layihəsi Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının gəmi əleyhinə raket ehtiyaclarını yerli və milli imkanlarla qarşılamaq məqsədilə 2009-cu ildə başladılıb. 220+ km mənzilli "Atmaca" "TCG Kınalıada" (F-514) korvetindən ilk dəfə atılıb. Bu atış sınağı zamanı raket dəniz səthində sabit hədəfi uğurla vurub.

Raket 18 iyun 2021-ci ildə həyata keçirilən növbəti sınaq zamanı "TCG Kınalıada" korvetindən atılıb və ilk dəfə olaraq real gəmi hədəfini vurub. Hədəf gəmisi raket ilə vurulduqdan sonra batıb.

"Atmaca" Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarında olan 140 kilometrlik "Harpoon" (ABŞ) gəmi əleyhinə raketləri əvəz edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.