Maraqlı

Eynəvi əvəz edəcək göz damcısı hazırlandı

17 Dekabr 2021 22:55
0 Şərh     Baxış: 1 388
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-da FDA rəsmən uzaqdangörmə problemi üçün Vuity göz damcılarını təsdiq edib.

Milli.Az xəbər verir ki, mütəxəssislər bu dərmanı göz xəstəlikləri müalicəsində inqilab hesab edir. Çünki müntəzəm olaraq bu damcını istifadə etdikdə oxumaq və komputerdə işləmək üçün yaxından yaxşı görmək məqsədilə eynək taxmağa ehtiyac qalmayacaq.

Dərmanın təsiredici maddəsi tibbə hələ XIX əsrdən məlumdur.

Bu damcı yaşlanma ilə bağlı presbiopiya xəstəliyi zamanı da effektivdir. Bəzi yaşlılar uzaqdan görməni qorusa da, yaxından yaxşı görmürlər. Buna qocalıq korluğu da deyilir.

Görmənin pisləşməyə doğru getdiyi yaş dövrü 42-42 yaşdır. Büllur elastiliyini itirir və yaxından nəyisə dəqiq görmək pisləşir.

Dünyada 1,8 milyard presbiopiyalı xəstə var. Onlar büllurda əməliyyat etməli, eynək taxmalıdır. Bu damcı dərman bəbəyi daraldır, bununla da pasiyentin yaxından görməsini yaxşılaşdırır. Uzaqdangörməyə isə təsir etmir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.