Maraqlı

Bu gün ay tutulması olacaq. Sağlamlığınızı qoruyun! MƏSLƏHƏTLƏR

25 Dekabr 2021 08:25
0 Şərh     Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayda olan dəyişikliklər insanın orqanizminə, orada gedən proseslərə ciddi təsir edir.

Statistika göstərir ki, ay tutulması günü yol-nəqliyyət hadisələrinin, cinayətlərin sayı kəskin artır. Alimlər bunu ay tutulmasının insanın psixikasına olan ciddi təsiri ilə izah edir.

Ay tutulması insanın sağlamlığına çox ciddi təsir edir. Belə günlərdə ürək-damar və sinir sistemi xəstəliklərindən əziyyət çəkənlər, hamilə qadınlar, yaşlı insanlarda əhvalın dəyişilməsi, halsızlıq, zəiflik, baş ağrıları müşahidə oluna bilər. Ürək tutmalarının, infarkt və insultun riski artır. Sinir sistemi xəstəliklərindən əziyyət çəkənlərdə kəskinləşmə inkişaf edə bilər.

Bu səbəbdən mütəxəssislər ay tutulması günü insanları öz sağlamlığına qarşı daha diqqətli olmağa çağırır.

Mütəxəssislərin ay tutulması günü insanlara, xüsusilə risk qruplarına aid olanlara tövsiyələri:

- evdən mümkün qədər az çıxın,

- ağır fiziki işlə məşğul olmayın,

- stresli vəziyyətlərdən qaçın,

- daha çox uzanın, dincəlin,

- yüngül yeməkləri yeyin,

- kifayət qədər su için.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.