Maraqlı

Orqanizmi qurdlardan təmizləyən, qaraciyəri, ödü sağaldan MÖHTƏŞƏM DƏMLƏMƏ

21 Dekabr 2021 23:15
0 Şərh     Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həqiqətən bu resept möhtəşəm bir reseptdir, mən insanların bu reseptdən istifadə edib necə bir şəfa tapdıqlarını gördükdən sonra belə bir başlıq qoydum.

Əvvəlcə resepti, sonra faydalarını yazım.

HAZIRLANMASI - Deməli, 2 orta xörək qaşığı (böyük qaşıq olmasın) boymadərən, 2 orta xörək qaşığı (böyük xörək qaşığı olmasın) dağtərxunu götürürsünüz, 1 litr soyuq suya qarışdırıb yavaş-yavaş isidib 2 dəqiqə qaynadın, sonra 2 saat gözləyib yenidən isidib adi çay dəmləyən kimi 10 dəqiqə dəmləyin, oddan götürdükdən sonra 2 xörək qaşığı bal qarışdırın, soyuyandan sonra bu bir litri gün ərzində için. Həm yeməkdən əvvəl, həm də yeməkdən sonra içə bilərsiniz. Müalicə müddəti 1 aydır. Təkrar içmək istəsəniz 15 gündən sonra içə bilərsiniz.

FAYDALARI - Mədə bağırsaq yaraları, (qastrit, kolit) Mədə, bağırsaq, mədəaltı vəz xərçəngi, bağırsağın xora xəstəliyi,(qeyri spesifik xoralı kolit) maraqlıdır ki, tərkibində bal olmasına baxmayaraq şəkər xəstələrinə olduqca əla təsir edir (amma mən ehtiyat edib şəkər xəstələrinə balı 1 xörək qaşığı qarışdırmağı məsləhət görürəm), bağırsaq qurdları (askarid, enterobioz, lyambliyo­z), böyrəyin sidik kisəsinin iltihabi xəstəlikləri (tez-tez sidiyə getmələrdə), ümumi zəiflikdə (xatırladım ki, çay orqanizmi çox gümrahlaşdırır, müxtəlf mənşəli köpmələrdə, qaraciyər fermentəlirinin (ALT, AST, Xolesterin,­ Bilrubin yüksəkliyində və sair), öd qatılığında (ağızın acı olması) və revmmatizmlərdə bu çayın içilməsi olduqca faydalıdır. Çayın heç bir ziyanlı tərəfləri yoxdur, sadəcə istifadə zamanı fərdi olaraq kimlərəsə əlavə yan təsirləri və ya allergiya olarsa qəbulu dayandırmaq lazımdır.

Uşaqlara verən zaman 5 yaşdan aşağı uşaqlara vermək olmaz, əgər vermək istəsəniz hərəsindən 1 çay qaşığı 2 stəkan suda hazırlayıb 2 çay qaşığı bal qarışdıra bilərsiniz.

Fizulihuseynov.com

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.