Maraqlı

Mikrob, virus və xərçəng hüceyrələrini öldürən TƏBİİ QARIŞIQ

18 Dekabr 2021 21:30
0 Şərh     Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Darçın güclü müalicəvi xüsusiyyətlərə malikdir. Elmi araşdırmalar çoxdan sübut edib ki, darçın güclü virus, mikrob və göbələk əleyhinə təsirə malikdir, immun sistemini gücləndirir, xərçəngin inkişafının qarşısını alır.

Soyuq fəsillərdə darçından istifadə bizi bir çox infeksiya və mikroblardan qoruya bilər. Bunun üçün hər səhər darçınlı-ballı su qəbul edin. Yarım stəkan ilıq suya bir çimdik darçın və 1 çay qaşığı bal əlavə edin, yaxşı qarışdırın və səhər acqarına için.

Bundan əlavə darçınlı su xərçəngin profilaktikasıdır və həmçinin arıqlamağa və bədən çəkisini normada saxlamağa kömək edir.

Darçın bütün digər ədviyyatlar kimi yalnız az miqdarda qəbul etdikdə orqanizm üçün faydalıdır. Çoxlu miqdarda qəbul etdikdə isə darçın orqanizmin müxtəlif orqan və sistemlərinə ziyan vura bilər, zəhərlənməyə səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.