Hadisə

Koronavirusa yoluxan qadın uşağı doğub, öldü

27 Oktyabr 2021 19:48
0 Şərh     Baxış: 1 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə koronavirusa yoluxan hamilə qadın doğuşdan sonra ölüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 26 yaşlı Nafiye Epçin 33 həftəlik hamilə olarkən koronavirusa yoluxub. Tokat şəhərində müalicə alan hamilə qadının oktyabrın 17-də vəziyyəti ağırlaşıb və xəstəxanalardan birinə yerləşdirilib. İki gün sonra övladını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Bundan sonra vəziyyəti pisləşən 26 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb. O, oktyabrın 25-də, doğumdan 6 gün sonra dünyasını dəyişib.

Qeyd edək ki, uşaq indi xəstəxanadadır və vəziyyəti qənaətbəxşdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.