Hadisə

“Xalam oğlu mənə təcavüz edib” - Fuad Qəhrəmanlının qızı

12 Oktyabr 2021 17:02
Baxış: 5 824

Tanınmış siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

Milli.Az bildirir ki, gənc qız hadisənin 1 il əvvəl baş verdiyini yazıb. O, hadisədən iki gün sonra polisə şikayət etdiyini bildirib:

"2020-ci il 24 avqust tarixində vəkilim - Zibeydə Sadıqova ilə görüşdüyüm üçün evə bir qədər gec qaldım. Anam ilə danışanda mənə evə gəlmək əvəzinə xalam, Sürəyya Ağayevanın evinə getməyimi xahiş etdi. Bunun səbəbi onların şəhərin mərkəzində yaşaması və olduğum yerin onların evinə çox yaxın olması idi. 

Başda getmək istəməsəm də, nəhayət, anamla razılaşdım və xalamgilə getdim. Elə vəkilim və həyat yoldaşı məni öz maşınları ilə xalamgilin evlərinin yaxınlığına (Daxili İşlər Nazirliyinin yanına) qədər apardı. 

Xalamgil həftənin bəzi günləri Bakıda, bəzi günləri isə Beyləqanda olur. Xalam oğlu isə demək olar ki, daimi olaraq Bakıda yaşayır.

Mən evə getdikdə yalnız xalam oğlu evdə idi. 

Saat təqribi 10-11 radələrində xalam oğlu Əsgər Ağayev mənə marketə getmək istədiyini deyib evdən çıxdı və qayıtdıqda özünə alkoqollu, mənə isə alkoqolsuz pivə almışdı. Mənə alkoqolsuz olanı içməyi təklif etdi və mən də bu zaman onun ikinci kompüteri ondan istəyib "Zoom" proqramı yükləməyə başladım. (Çünki səhəri gün online qaydada konfransa qoşulmalı idim və yanımda öz kompüterim yox idi)!

Azyaşlı qız xalası oğlunun daha sonra ona içki təklif etdiyini yazıb:

"Bir necə saat sonra yenə marketə getmək adı ilə evdən çıxdı və yenə içki ilə qayıtdı. Bu səfər mənə də alkoqollu pivə içməyi təklif etdi. Mən stəkana töküb müəyyən qədər içdim.

Təqribən bir saat sonra mənə bibisi oğlunun sevgilisi ilə onlara gələcəyini dedi. Mən heç birini tanımadığım üçün yuxarı (evləri bir necə mərtəbəlidir) qalxacağımı, işlərimi bitirdikdən sonra elə orada yatacağımı dedim.

Təqribən saat 2-də ondan telefonumu format etməsini xahiş etdim. Həmin ərəfədə "Instagram" hesabım ələ keçirilmiş, adımdan seksual xarakterli postlar paylaşılan səhifələrə rəylər yazılmışdı. Telefonum də kifayət qədər pis işlədiyi üçün təhlükəsiz tədbirlərini (lazımı programları endirmək) düzgün yerinə yetirə bilmirdim və telefonumu format etmək məntiqli gəlirdi.

Təqribən saat 3-də artıq mən telefonumu format etmiş, yenidən lazım olan programları yükləyir, hesablarıma giriş etməyə çalışırdım.

Elə bu zaman mənə bibisi oğlunun gəldiyini dedi (qapı döyülmədi. Əlində telefonu var idi).

Mən isə xüsusi heç nə soruşmadan yuxarı qalxdım. Evdən çıxdığını və bir necə dəqiqə sonra yenidən evə qayıtdığını eşitdim. Evə qayıdanda aşağı (yəni mətbəxə) getmişdi. Bir necə dəqiqə sonra məni də mətbəxə çağırıb, heç kimin gəlmədiyini dedi.

Mən aşağı düşdükdə həqiqətən heç kimin olmadığını gördüm və sadəcə, niyə kiminsə gələcəyini dediyini soruşdum.

O isə bir-iki dəqiqə görüşdüklərini, daha sonra isə bibisi oğlunun evə girmədən qayıtdığını dedi.

Başa heç nə soruşmaq ehtiyacı hiss etmədim, çünki həmin şəxs ilə elə bir səmimiyyətim yox idi. Açığı, onda mənə şübhəli və mənasız da gəlmirdi. Lakin, bibisi oğlunun narkotikdən həbs yatdığını, istifadəçi və satıcısı olduğunu sonradan öyrəndim və zənnimcə, həmin gün Əsgər Ağayevin içkimə qatdığı narkotik vasitə və ya bu xarakterli dərmanı həmin şəxs vasitəsilə əldə edib.

Aşağı düşdükdən bir az sonra mənə başqa bir stəkanda içki uzadıb, "bunun dadına bax. Mənim xoşuma gəlmədi bu. Səncə necədi?" kimi bir cümlə qurub içməyi təklif etdi.

Sadəcə, bir iki udum alıb tamına baxdım və ondan sonra tamamilə boşluqdur. Yalnız qırıq-qırıq, aydın olmayan bəzi epizodlar xatırlayıram. Hansı ki, onları xatırlamaq da qətiyyən xoş deyil".

Sənay Qəhrəmanlı xalası oğlunun törətdiyi əməli etiraf etdiyini qeyd edib: 

"Səhər telefonumun zəng çaldığını eşidirdim, amma təqribən 10-15 dəqiqə ərzində nə hərəkət edə bilirdim, nə də ki harada olduğumu anlaya.

Bir müddət sonra özümə gəldim və başımı çevirdikdə yanında Əsgər Ağayev var idi. O gün ilə bağlı xatırladığım ən dəqiq şey ağrı və qandır.

Paltarlarımı geyinib aşağı düşdüm. Davamlı qışqırır, onu təhqir edirdim. İfadəsində səhər ona dediklərimi qonşuların eşitmə ehtiyatını nəzərə alaraq "Yuxusunda qorxunc nəsə görüb. Ona gör qışqırırdı" kimi axmaq bir yalan uydurub.

Telefonum mətbəxdə stolun üzərində idi. Əlimi götürmək üçün uzatdım, amma o məndən öncə davranıb, telefonu götürüb cibinə qoydu. Bir saat ərzində o evdə həmin iyrənc insan ilə bir yerdə qalmalı oldum. Çünki telefonumu vermir, çıxmaq istəyəndə qarşıma keçirdi.

Həmin müddət ərzində hər şeyi öz ağzından öyrənməyə nail oldum. Davamlı mənə heç nə olmadığını, mənim qusduğumu, paltarlarımı mənə kömək etmək üçün çıxardığını deyirdi.

Orada geyindiyim ev paltarları divanın üzərində və təmiz idi.

Onda hər şeyi xatırlamırdım - necə ki, indi xatırlamıram. Açığı,həmin anda xatırladığım qırıq-qırıq epizodlardan da əmin deyildim, çünki insan özünü inandırmağa çalışır ki, yaşadığı şey həqiqət deyil, heç olmayıb.

Sadəcə, gerçəyi bilmək üçün ona yalandan hər şeyi xatırladığım deyib, sıxışdırdım. Nəhayət, mənə özü hər şeyi danışdı (onda da yalan dediyi nöqtələr var idi). Verdiyi tək açıqlama isə "mən düşündüm ki, yəqin sən də istəyərsən" oldu.

Təqribən bir saat sonra o evdən onu heç kimə heç nə danışmayacağıma inandırıb çıxdım. Sadəcə oradan çıxa bilmək üçün yalan deyirdim. Əks təqdirdə bu mümkün olmayacaqdı. Mən qapıdan çıxanda belə axşam evə getməməyimi, heç kimə heç nə deməyimi, yenidən bura gəlməyi tapşırırdı.

Yuxarda qeyd etdiyim kimi hadisədən iki gün sonra şikayət etdim, lakin hələ də həmin şəxs azad bir şəkildə heç nə olmamış kimi həyatına davam edir.

Yasamal Rayon Prokurorluğunda cinayət işinə iki dəfə "kifayət qədər sübut olmadığı" iddiası ilə xitam verdi. Halbuki cinayət işi materiallarında şəxsin cinayəti törətdiyini sübut edən ən az 3 tibbi ekspertiza rəyi var. Hər biri bu yazıdan sonra paylaşılacaq.

Nəhayət iki gün əvvəl olan Apellyasiya Məhkəməsində iş araşdırılmağa geri göndərilib.

Bu cinayəti törədən həmin şəxs, Əsgər Ağayev, haqq etdiyi cəzanı almadlıdır".

Qeyd edək ki, Sənay Qəhrəmanlının 18 yaşı tamam olmayıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.